Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq öldü
Dərc olunub:
19-08-2025, 13:28
Lənkəran rayonunda 18 yaşlı şəxs göldə boğularaq ölüb.
Avrasiya.net xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub. Meyit sudan çıxarılıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
