"Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq"

"Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq"ABŞ Prezident Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa dövlətlərinin liderləri ilə görüşdən çıxan əsas iki nəticədən danışmaq mümkündür. Birincisi, Ukrayna Prezidenti ərazi mübadiləsinin müzakirəsinin əleyhinə deyil. Ancaq o bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə təkbətək və Trampın iştirakı ilə üçtərəfli görüşün nəticələrini gözləmək istəyir. İkincisi, Ağ Ev sahibi müharibə dayandırıldıqdan sonra Ukraynaya təhlükəsizlik təminatının veriləcəyini bildirib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Elxan Şahinoğlu qeyd edib.

“Bu o deməkdir ki, NATO üzvlüyü xaricində Ukraynaya elə bir təhlükəsizlik təminatı verilməlidir ki, Rusiyanın gələcəkdə Ukrayna ərazilərinə iddiası və ya hərbi müdaxiləsi mümkün olmasın. Trampın açıqlamalarından görünən odur ki, ABŞ Ukraynanın təhlükəsizliyini təminat altına almaq üçün bu ölkəyə qoşun hissələri göndərməyəcək. Bu məsələni Avropa dövlətləri öz aralarında həll etməlidir. Kiyev üçün təhlükəsizlik təminatı və Rusiyadan qorunmağın yolu bu ölkədə Qərb ölkələrinin hərbi bazalarının yerləşdirilməsidir. Ağ Ev bunun maliyələşməsində iştirak etməyəcək, bu yükü Avropa dövlətləri daşımalı olacaqlar.

Rusiya Prezidenti Vladimir Putin Donald Trampla Alyaskadakı görüşdə istədiyi əraziləri aldıqdan sonra Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik təminatının verilməsinin əleyhinə olmadığını söyləyib. Bu o deməkdir ki, Kreml sahibi Avropa ölkələrinin bir qrupunun Ukraynada hərbi bazalarının yerləşdirilməsinin əleyhinə olmayacaq. Əsas məsələ müharibənin dayandırılması üçün “ərazi mübadiləsinin” hansı prinsip üzrə həyata keçiriləcəyidir. Rusiya 4 bölgəni – Donetsk, Luqansk, Xerson və Zaporojyenin tamamını işğal etməyə çalışır. Belə bir versiya var ki, Vladimir Zelenski bu ərazilərin işğal olunan hissəsindən imtina mövzusunu müzakirə etməyə hazırdır. Çünki Ukrayna üçün bundan sonra işğal altındakı əraziləri geri qaytarmaq çox çətin olacaq. Ancaq Ukrayna bu itkilərini heç zaman hüquqi olaraq tanımayacaq. Bu, Krıma da aiddir. Əgər Zelenski müharibəni dayandırmaq və razılaşma əldə etmək üçün belə bir ağrılı qərara imza atacaqsa, bu, Ukrayna Konstitusiyasına zidd olacaq. Zelenski Konstitusiyanı dəyişdirmək üçün referendum keçirməli olacaq. Ümumiyyətlə mümkün razılaşma Vladimir Zelenskinin reytinqinə zərbə olacaq və Ukraynada gələcək razılaşmadan narazıların sayı çox olacaq.

Hadisələrin başqa istiqamətdə inkişafı da mümkündür. Zelenski Putinlə gələcək görüşdən nəticə əldə etməsə, müharibə davam edəcək. Avropa ölkələri Ukraynanın Rusiya qarşısında məğlub olmasını istəmirlərsə, bu ölkəyə maliyyə və hərbi dəstəyi artırmalı olacaqlar. Bu halda müharibəyə bu və ya digər formada qarışan ölkələrin resursları tükənməkdə davam edəcək. Hansı tərəfin insani və hərbi rüsursları daha sürətlə tükənərsə, həmin tərəfin məğlubiyyət günü yaxınlaşacaq”- politoloq qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər