Bakıda İndoneziyanın müstəqillik günü qeyd olunub
“Vahid, suveren, firavan, mütərəqqi İndoneziya” şüarı altında İndoneziya Respublikasının Bakıdakı Səfirliyi Azərbaycanın paytaxtı Bakı şəhərində İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümünü qeyd etmək məqsədilə bir sıra tədbirlər keçirib. Bununla bağlı olaraq, 17 avqust 2025-ci il tarixində, həftənin bazar günü Səfirliyin inzibati binasında İndoneziya Respublikasının Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Merita Yenninin rəhbərliyi, eləcə də İndoneziya vətəndaşları və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə “Bayraq qaldırma mərasimi” keçirildi.
Tədbir “İndonesia Raya” dövlət himninin müşayiəti ilə İndoneziyanın dövlət bayrağının hal-hazırda Azərbaycanda təhsil alan indoneziyalı tələbələr tərəfindən qaldırılması ilə başladı. Mərasim İndoneziya Respublikasının müstəqilliyinə nail olmaq üçün mübarizə aparmış və fədakarlıq göstərmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. Daha sonra isə Bəyannamənin mətni, Pançasila və İndoneziya Respublikasının 1945-ci il Konstitusiyasının preambulası oxundu. Dua oxunması ilə yekunlaşan tədbirin rəsmi hissəsi tort kəsmə mərasimi ilə davam etdi.
Həmçinin İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümünün qeyd edilməsi çərçivəsində Səfirlik 02 avqust 2025-ci il tarixində bir çox indoneziyalıların və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə əyləncəli oyunlar günü də təşkil edib. Bayraq qaldırma mərasimi bitdikdən sonra isə bu oyunların qalibləri təşkilatçılar tərəfindən rəsmən elan olunaraq böyüklər və uşaqlar üçün olmaqla iki kateqoriya üzrə mükafatlandırıldılar.
Tədbiri canlandırmaq məqsədilə sate ayam (toyuq satay), soto ayam kampunq (ənənəvi toyuq şorbası), vacik (yapışqan düyü şirniyyatı) və İndoneziya mətbəxinin digər ənənəvi təamları və qəlyanaltıları qonaqlara təqdim edildi. Canlı, sevinc və birlik dolu bu səmimi tədbirdə bütün iştirakçılar ənənəvi mətbəx nümunələrini dadaraq həzz aldılar.
Bayraq qaldırma mərasimi İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin yekunu idi. Bununla belə, birlik ruhu daha firavan və mütərəqqi İndoneziya qurmaq üçün yaşamağa davam edəcəkdir.![]()
![]()
Son xəbərlər
