Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdiİki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.

Müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.

Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.

Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı maneə yaratmaz: “Rəqsanə İsmayılova özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın azadlıqda aparılması daha ədalətlidir”.

Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqqında polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər