Sizin Reklam Burada

Ukrayna nüvə hücumuna hazırlaşır: Əhaliyə xəbərdarlıq edildi

Ukrayna nüvə hücumuna hazırlaşır: Əhaliyə xəbərdarlıq edildiÖtən həftə Rusiya lideri Putinin nüvə təhlükəsi xəbərdarlığından sonra Ukrayna hakimiyyəti nüvə fəlakətinə hazırlıq məqsədilə xalqa yod həbləri paylamağa başlayıb.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə Ukraynada 4 ərazisinin ilhaqını elan edərək, nüvə silahı təhlükəsinin hər zaman bir seçim olaraq müzakirə mövzusu olduğunu vurğulayıb.

Putinin bu açıqlamalarına dünyanın hər yerindən reaksiyalar artsa da, Ukrayna paytaxt Kiyevdə Rusiyanın mümkün nüvə hücumuna hazırlıq məqsədilə evakuasiya mərkəzlərinə kalium yod həbləri verilir..

Kalium yod həblərinin nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək etdiyi bilinir.

Kiyev şəhər şurasının bəyanatında deyilir ki, evakuasiyaya ehtiyac yaranarsa, həblər nüvə radiasiyasından zərər çəkmiş rayon sakinlərinə paylanacaq.

Məlumata görə, Rusiya ordusunun Ukraynadakı son məğlubiyyətləri Putinin Ukraynanı ram etmək üçün dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb.

Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojya Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon “kalium yodid” həb göndərdiyini açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər