Ukraynada İran istehsalı olan 6 PUA vuruldu
Dərc olunub:
5-10-2022, 10:41
Oktyabrın 5-nə keçən gecə Ukrayna səmasında İran istehsalı olan 6 PUA vurulub.
Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Oktyabrın 5-nə keçən gecə Rusiya işğalçı qüvvələri “Şahid-136” kamikadze pilotsuz uçan aparatları ilə Ukraynaya hücum edib. Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri rusların Ukraynaya zərbə endirmək üçün istifadə etməyə çalışdıqları altı pilotsuz təyyarəni məhv edib”, - məlumatda deyilir.