Sizin Reklam Burada

Sabirabadda 16 yaşlı qız 40 yaşlı kişiyə ərə verilib

Sabirabadda 16 yaşlı qız 40 yaşlı kişiyə ərə verilibPolis Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi iddiası ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Modern.az-a bildirib ki, faktla bağlı araşdırma aparılıb:

"Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması müəyyən edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.

Fakt polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Sabirabadda 16 yaşlı qızın 40 yaşlı kişiyə ərə verilməsi barədə xəbərlər yayılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər