Rasim Quliyev bəraət istəyir

Rasim Quliyev bəraət istəyirBakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq aparat rəhbəri Rasim Quliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun vəkili Rəsul Yusifbəyli bildirib.

Onun sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib:

"Müvəkilimin barəsində bəraət hökmünün çıxarılmasını istəyirik".

Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, R.Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub və o, azadlığa buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər