Sizin Reklam Burada

Hulusi Kılıç Rövşən Məmmədovla görüşdü

Hulusi Kılıç Rövşən Məmmədovla görüşdüTürk Ağsaqqalları Birliyi (TAİB)-nin Türk dünyası üzrə həmsədri, Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qonağı olub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbəri Rövşən Məmmədovla görüşüb.

Türkiyə-Azərbaycan münasibətlərindən, qardaşlıq əlaqələrinin möhkəmlənməsindən və son zamanlar ermənilərin törətdikləri təxribatlardan, dezinformasiyalardan danışan Hulusi Kılıç ona verilən yüksək dəyərə və diqqətə görə Rövşən Məmmədova öz minnətdarlığını bildirib.

Rövşən Məmmədov qonağı salamdıqdan sonra, Türkiyənin TRT telekanalı və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ortaq əməkdaşlığı haqqında ətraflı məlumat verib.
Tanınmış diplomat “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabını xatirə olaraq QSC-nin arxivinə hədiyyə edib.

Qeyd edək ki, TAİB-in Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk də görüşdə iştirak edib.

Sonda xatirə şəkillər çəkilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər