Sizin Reklam Burada

"Hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz" - Komitə sədrindən müəllimlərə TƏBRİK

"Hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz" - Komitə sədrindən müəllimlərə TƏBRİKMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Dəyərli MÜƏLLİMLƏR!

Sizi 5 oktyabr "#MüəllimlərGünü" münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!

Siz kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!

Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, dahi Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdir. Böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”

Ulu Öndərimiz Hеydər Əliyеv öz­lərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tər­biyə еdilib yеtişdiril­mə­sində müəl­lim əməyinə, оnun şəхsiyyətinə yüksək qiymət vеrmişdir. Heydər Əliyev dеyirdi ki, müəllim аdı şə­rəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şə­rəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, və­tənpərvər vətəndаş hаzırlаyır. Müəllim dün­yаdа yеgаnə şəх­siyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаl­nız оnа еtibаr еdir.

Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş və ümid edirəm ki, bundan sonra da vətənimizə, millətimizə yararlı gənclər, dövlətimizə layiqli vətəndaşlar yetişdirəcəkdir!

Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibə ilə torpaqlarımızı yağı düşməndən azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Burada qeyd etmək istərdim ki, Vətən müharibəsində 427 müəllim öz yetirmələri ilə çiyin-çiyinə döyüşlərdə iştirak edib və onlardan 15 müəllim şəhidlik zirvəsinə ucalıb. Bütün bunlar onu deməyə əsas verir ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, uzun illər ərzindəki fəaliyyət nəticəsində qarşıya qoyulan vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirməyə nail olunub.

Bu, Azərbaycan müəlliminin, təhsilimizin, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin və təhsilimizin hamisi Mehriban xanım Əliyevanın ən böyük uğurudur. Son illər #təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə rəvac verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq. Yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır, çünki bizi qarşıda böyük işlər gözləyir. Azərbaycanımızın inkişafını olduğu yerdən daha da irəliləməsi, eyni zamanda Qarabağımızın yenidən bərpası intellektlə, biliklə sıx bağlıdır. Əminəm ki, siz bu şərəfli işlərin öhdəsindən layiqincə gələcəksiniz.

Bir daha Sizi ürəkdən təbrik edir və bütün fəaliyyətinizdə uğurlar arzulayıram!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər