"Xəmsə" Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilibSentyabrın 30-da Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş yeniyetmələr arasında Xəmsə Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilib.

İntellektual yarış cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrasının təmin olunması, yeniyetmələrin dünyagörüşünün və intellektual səviyyəsinin artırılması, intellektual oyunların yeniyetmələr arasında təbliği, istedadların üzə çıxarılması, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

Çempionatda yeniyetmələrdən ibarət 8 komanda mübarizə aparıb. Çempionatın qrup və final oyunlarının nəticəsinə əsasən “Müşfiq” komandası I, “Flaqman” komandası II, “Dəmir yumruq” komandası isə III olub.

Yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlarla təltif ediliblər.






#Şuşaİli #xəmsə #intellektualoyunlar #SiyəzənGİİ #Gənclərİdman #AZEgənc #AZEyouth #birkimibirlikdə #AzərbaycanGəncləri
Azərbaycanlı jurnalist ATƏT-də şəhid jurnalistlərdən danışıb - Video26 sentyabr tarixində Polşanın paytaxtı Varşava şəhərində "ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı" öz işinə başlayıb.

Avrasiya.net xəbər verir ki, Konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Tədbirdə iştirak edən ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov Azərbaycanda həyata keçirilən media islahatlarəndan danışıb: "İlk öncə qeyd edim ki, son dönəmlər formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi mediada islahatların aparılmasını daha da surətləndirmişdir. Bununla əlaqədar ötən il Prezident "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, öncül texnologiyaların geniş tətbiqi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin özündə birləşdirir. Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilib.

Eyni zamanda, media sahəsində gənc kadrların yetişdirilməsi və istedadlı gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bir neçə gün öncə isə Prezident İlham Əliyev imzaladığı Fərmanla "Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib. Bütün bu islahatlar dünyada media ilə bağlı yeni modeli formalaşdıra bilər. Əziz konfrans iştirakçıları, indi isə jurnalistərin təhlükəsizliyi ilə bağlı daha bir həssas məsələyə toxumaq istəyirəm. 30 ildən sonra Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Lakin minalanmış əraziləri həm də jurnalistlərin təhlükəsiz fəaliyyətinə geniş maneələr törədir. Təəssüf hissi ilə qeyd edim ki, 4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər - AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, Məhərrəm İbrahimov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar. Bu dəhşətli hadisə qlobal media adına böyük faciədir. Beynəlxalq birlik bu faciəyə görə Ermənistana qarşı tədbir görməli, mina xəritələrin qısa zamanda Azərbaycana verməsini təmin etməlidir. Əks halda belə faciələr qaçılmaz olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm."

Məlumat üçün qeyd edək ki, Səbuhi Abbasov ATƏT-in yüksək səviyyəli konfransında rəhbərlik etdiyi qurumun daxili imkanları hesabına iştirak edir.
“Heydər Əliyev ili”nin keçirilməsi təqvimlərə sığışan tarixçilərdən qat-qat üstün bir tarixi hadisədir"2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi önəmli hadisədir. Biz Milli Həmrəylik Partiyası olaraq Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı imzaladığı sərəncamı müsbət qarşıladıq. 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması Ulu Öndərin halal haqqıdır. Məsələ sadəcə gələn il Ulu Öndərin anadan olmasının 100 illiyinin tamam olmasında deyil. “Heydər Əliyev ili”nin keçirilməsi təqvimlərə sığışan tarixçələrdən, özkeçmişlərdən, bioqrafiyalardan qat-qat üstün bir tarixi hadisədir. Biz buna ilk növbədə nəhəng bir tarixi prosesin, tarixi dönəmin tamamlanması hadisəsi kimi yanaşmalıyıq.

Bəli, Heydər Əliyevin 100 illik həyat yolu özü ayrıca bir tarixi epoxadır. Və bu epoxa müasir Azərbaycanımızın tarixindən qırmızı xətt kimi gəlib keçir. Çünki Heydər Əliyev ən təlatümlü dönəmlərdə Azərbaycan xalqının taleyində xilaskar rolunu oynamış, dövlətçiliyimizin qorunub saxlanılmasında xüsusi əməyi olmuş böyük tarixi şəxsiyyətdir. Biz onun dövlətçiliyimiz qarşısında xidmətlərini unuda bilmərik. Əlbəttə, tarixi şəxsiyyətlərimizin hər birinin xidmətləri qeyd edilməli, onların gördüyü işlər və tarixdə oynadıqları rol haqqında gənc nəsillərimizə müfəssəl bilgilər verilməlidir. Bu bizim mənəvi borcumuzdur. Heydər Əliyevin xidmətləri də tariximizin böyük bir mərhələsini təşkil edir.

Gənc nəsillər Heydər Əliyevi rəssamların portret əsərlərində olduğu kimi iri və yaxın planda tanımalıdırlar. Heydər Əliyev tarixi şəxsiyyətlərimiz arasında xüsusi yeri, xüsusi missiyası ilə fərqlənir. O, 90-cı illərin əvvəllərində Azərbaycan xalqını özı dövlətçiliyini itirmək təhlükəsindən xilas etdisə, onun yetirməsi və siyasi varisi olan İlham Əliyev isə torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan kimi tarixə düşdü. Baxın, Heydər Əliyev gəlmiş-keçmiş bütün digər liderlərimizdən məhz bu iki missiyası ilə fərqlənir.

Ulu Öndər həm də rəmzləşmiş, milli rəmzlərimizdən birinə çevrilmiş bir şəxsiyyətdir. Ötən əsrin 90-cı illərində Azərbaycanı dünyada daha çox neftimizə görə və bir də Heydər Əliyevə görə tanıyırdılar. O, bizim ölkəmizin milli brendinə, xalqımızın təqdimat nümunəsinə çevrilmişdi. Ulu öndərin dediyi “Azərbaycan durduqca mən var olacam” sözü də məhz bu mənada tam da yerinə düşür. Çünki onun varlığı Azərbaycanın varlığı ilə çulğalaşıb.

Qarşıdan gələn ilin “Heydər Əliyev ili” elan edilməsi Ulu Öndərin xidmətlərinə verdiyimiz qiymət kimi də dəyərləndirilə bilər. Azərbaycan xalqı qədirbilən xalqdır. O, öz xeyirxahlarını, xilaskarlarını heç vaxt unutmur. Azərbaycan xalqı Heydər Əliyevi həmişə şükranlıq hissilə xatırlayacaq, onun xidmətlərini öz yaddaşında daim yaşadacaq. “Heydər Əliyev ili” isə bir növ yaddaşımızı təzələməyə, Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu daha yaxından öyrənməyimizə imkan verəcək. Milli Həmrəylik Partiyası olaraq biz də Heydər Əliyevin siyasi irsi ilə bağlı “Heydər Əliyev ili” çərçivəsində tədbirlər keçirəcəyik. Əsas məqsədimiz də Heydər Əliyevin milli birlik, milli həmrəylik naminə gördüyü işləri gənclərimizin diqqətinə çatdırmaq olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
"Rusiyanın müharibədə uduzmasını təmin edəcəyik”“Biz Rusiyanın müharibədə uduzmasını təmin edəcəyik”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Liz Tras tviterdə yazıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazilərini ilhaq etməklə beynəlxalq hüququ növbəti dəfə pozub: “Rusiyanın döyüş maşınını sıradan çıxarmaq üçün sanksiyalar tətbiq etmək də daxil olmaqla, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanacaq.
Beyin Mərkəzləri  niyə geniş fəaliyyət göstərə bilmir?Bu yaxınlarda Beyin Mərkəzlərinin I Forumu keçirildi. Ümumilikdə belə tədbirlərin keçirilməsini, beyin mərkəzlərinin fəaliyyətinə diqqətin artırılmasını müsbət dəyərləndirmək lazımdır.

Amma təəssüf doğuran odur ki, belə qurumlar yetərincə formalaşıb, geniş fəaliyyət göstərə bilmir. Bunun da kifayət qədər səbəbləri var.
Beyin mərkəzləri dedikdə yalnız beynəlxalq münasibətlərin, münaqişələrin təhlili, regional, həmçinin daha geniş sferada baş verən konfliktlərin öyrənilməsi və hesabatların hazırlanması kimi başa düşülməməlidir. Bu struktur həmçinin cəmiyyətdə gedən mənfi tendensiyaları, dövlətin idarəetmə sahəsində boşluqları, korrupsiya halları ilə bağlı məqamları, ictimai nəzarətin təmin edilməsinə mane olan faktorları və digər məsələləri çox peşəkarcasına araşdırıb hesabatlar hazırlamalıdır.

Beyin mərkəzinin hazırlayacağı hesabat dövlət qurumları tərəfindən diqqətlə oxunmalı və qaldırılan taleyüklü məsələ ilə bağlı ciddi reaksiyalar olmalıdır. Əgər hesabat oxunmursa, heç bir reaksiya yoxdursa o zaman bu işləri görməyə nə ehtiyac var?

Digər bir zəruri və ağrılı məsələ var. Tədqiqatların aparılması üçün normal maliyyə təminatı olmalıdır. Əgər pul yoxdursa, eksperti, beyin mərkəzini necə saxlamaq və bütün bu işləri necə görmək olar? Heç bir maliyyə perspektivi yoxdursa intellektli cavan ekspertlər bu sahəyə niyə gəlməlidir? Ona görə, dövlətin strateji hədəflərərinə istiqamətlənmiş beyin mərkəzlərinin formalaşması, onların maliyyə təminatının yaxşılaşdırılması zəruridir. Düşünürəm ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının müvafiq qurumları bu məqamlara diqqət yetirəcək.

Onu da unutmaq olmaz ki, beyin mərkəzləri bir sıra sahələrdə mövcud olan problemləri araşdırıb hesabat hazırlamaqla bərabər dövlətlə cəmiyyət arasında körpü ola bilər. Əlqərəz bu, potensialdan düzgün istifadə etmək lazımdır.

Əkrəm Bəydəmirli
Bu vasitələr gömrük rüsumundan AZAD EDİLƏCƏKMilli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilib.

Avrasiya.net xəbər verir ki, dəyişikliklə təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad edilir.

Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub.

Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq.

Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
İtaliya ordusu yüksək döyüş hazırlığına gətirildiİtaliya Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə “Deyli Storm” nəşri məlumat yayıb.

“Hələ bu ilin yazında ölkə ordusunun Baş Qərargahının generalı Bruno Pişiotta İtaliya Silahlı Qüvvələrinin hərbi heyətinin real döyüş əməliyyatlarına hazırlanması ilə bağlı əmr imzalayıb. Respublika rəhbərliyi ordudakı dəyərli kadrları Ukrayna ərazisində döyüş əməliyyatları getdiyi müddətdə buraxmamaq barədə göstəriş verib. Eyni zamanda, bütün əməliyyat hissələrinə müntəzəm olaraq həqiqi döyüşə yaxın təlimlər keçirmək əmri verilib”, - məlumatda deyilir.
“Badamlı75” lotereyasının 1-ci mərhələsinin 5-ci tirajının qaliblərinə hədiyyələr təqdim olunub"Badamlı" təbii mineral süfrə sularının 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı75” tirajlı stimullaşdırıcı lotereyanın 1-ci mərhələnin 5-ci tirajının qalibləri müəyyən olunub.

Lotereya iştirakçıları 7 ədəd iPhone 13, 7 ədəd Samsung Galaxy S21, 2 ədəd HP notbuk, 2 ədəd JBL qulaqlıq, 2 ədəd Elektrikli skuter qazanıblar.

Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün təşkil etdiyi tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Qalib kodların sahibləri Bakı şəhəri, Abşeron rayonu, İmişli rayonu və Naxçıvan MR-nın Naxçıvan şəhəri, Culfa, Babək, Şahbuz və Kəngərli rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar.

"Badamlı"nın Bakıda və Naxçıvanda yerləşən ofislərində qaliblərə hədiyyələr təqdim olunub. Qaliblər "Badamlı" sularının istehsal sahəsini də ziyarət ediblər.

Qeyd edək ki, il ərzində hər ay keçiriləcək "Badamlı 75" stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır. Lotereyada iştirak etmək üçün “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamli.az saytında, həmçinin (055) 575-1947 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ qazanır. Hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə “Badamlı” şirkətinə təqdim olunmalıdır.

Xatırladaq ki, stimullaşdırıcı lotereyanın birinci mərhələsinin altıncı tirajını 2022-ci il 30 Oktyabr tarixində "Badamlı”nın İnstagramda @badamli1947 hesabından, Facebook və YouTube kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz.

Qeyd edək ki, lotereya 1 may-25 dekabr tarixləri arasında keçərlidir.

Hər ay keçirilən lotereyada müxtəlif dəyərli hədiyyələr və avtomobil oynanılır.

Daha çox Badamlı, daha çox şans!


"İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlayacaqlar"Avrasiya.net İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Report"a müsahibəsini təqdim edir:

- Azərbaycanla İran arasında münasibətlərin səviyyəsini, o cümlədən iqtisadi əlaqələrin durumunu necə qiymətləndirirsiniz?

- Münasibətlərin səviyyəsi çox yüksəkdir. İki ölkə prezidentlərinin Türkmənistanın paytaxtı Aşqabadda iki dəfə səmimi görüşləri olub. Azərbaycan və İranın siyasi, o cümlədən hərbi-təhlükəsizlik, eləcə də iqtisadi sahəyə məsul olan digər rəsmi şəxslərinin də mütəmadi görüşləri arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsindən xəbər verir. Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 23 %-dən çox artıb.

- Bir qədər əvvəl İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu məqsədə nail olmaq üçün dörd körpünün, o cümlədən Araz çayı üzərində iki avtomobil körpüsünün (piyada keçidi ilə) və iki dəmir yolu körpüsünün, rabitə və enerji təchizatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Bu işlər hansı mərhələdədir?

- Bildiyiniz kimi, ötən 30 il ərzində - Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən başlayaraq İran mehriban qonşuluq, qardaşlıq, mədəni və dini ortaqlıq ruhuna ehtiram əsasında, azərbaycanlı bacı və qardaşlarına dəstək olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında öz ərazisindən keçməklə əlaqələrin yaradılması üçün münasib şərait yaradıb, bu marşrut Azərbaycan vətəndaşlarının gediş–gəlişi üçün həmişə ən təhlükəsiz, ən əlverişli quru marşrut hesab edilib.

İkitərəfli nəqliyyat əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə bu ilin martnda, ikitərəfli əlaqələrin 30 illiyində, Dövlətlərarası Birgə İqtisadi Komissiyasının 15- ci iclası İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Daha sonra dəqiq nöqtənin müəyyən edilməsi və hazırlıq işlərinin aparılması üçün texniki işçi qrupları yaradılıb. Sevindirici haldır ki, bu il sentyabrın 21-də yeni körpülərin tikintisinin təməlqoyma mərasimi keçirilib və qərara alınıb ​​ki, bu layihənin birinci mərhələsində Araz çayı üzərində uzunluğu 216 metr, eni 25 metr olan iki zolaqlı beton avtomobil yol körpüsü və hər tərəfdən bir piyada zolağı salınacaq. Körpünün tikintisinin başlanması ilə bağlı texniki məsələləri diqqətdə saxlamaq üçün yaxın vaxtlarda birgə texniki işçi qrupları görüşünün keçirilməsi nəzərdə tutulub .

- Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclası nə vaxt keçiriləcək?

- Davam edən danışıqlara əsasən, komissiyanın 16-cı iclasının 2023-cü ilin əvvəlində Tehranda keçirilməsi planlaşdırılır.

- Yaxın gələcəkdə iki ölkə arasında qarşılıqlı səfərlər gözlənilirmi?

- Prezident İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir. Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki, gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq.

- İran maşınqayırma sənayesi üzrə fəaliyyət göstərən şirkəti Hacıqabulda istehsala başlayacaqmı? Bu istiqamətdə işlər hansı mərhələdədir?

-Bizim avtomobil istehsalı ilə bağlı Neftçalada birgə layihəmiz mövcuddur və şükürlər olsun ki, bu layihə uğurlu layihə olub, yaxşı avtomobil istehsalı olub. Ancaq təəssüf ki, Hacıqabulda layihənin icrası bir sıra məsələlərlə bağlı, o cümlədən koronavirus (COVID-19) pandemiyasının yayılması və Azərbaycana səfərlərin məhdudlaşması ilə əlaqədar dayandırılıb və ondan sonra nəzərəçarpacaq irəliləyiş olmayıb. Amma məsələ gündəmdədir və nəzərdən keçirilir, mən şəxsən bu barədə tərəflərlə danışmışam. Ümid edirəm ki, biz gələcəkdə bununla bağlı danışıqların bərpasının şahidi olacağıq.

- İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyirdilər, bu istiqamətdə hər hansı yenilik varmı? Hazırda həmin ərazilərdə neçə İran şirkəti fəaliyyət göstərir?

- İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar. Ancaq gözləntilərimiz bundan artıqdır. İran şirkətlərinin keyfiyyəti və rəqabət qabiliyyəti yüksəkdir.
Rusiyada polislərə ölkədən çıxış qadağan olunduRusiyada polislərin ölkədən çıxışına qadağa qoyulub. Dövlət sirlərinə çıxışı olan işçilər isə xarici pasportlarını təhvil verməlidirlər.

Bu barədə “Baza” məlumat yayıb.

Yeni qaydalara əsasən, sentyabrın 23-dən Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbərliyi, o cümlədən qadın işçilərin Rusiyanı tərk etmək hüququ yoxdur.

Artıq qadağalara düşən adları təsdiqlənmiş şəxslər ölkəni tərk etmək üçün sentyabrın 21-dən əvvəl aldıqları biletlərin və otel rezervasiyalarının surətlərini göstərməlidirlər. Ancaq bu da, onlara Rusiyanı tərk etməyə kömək olmayacaq.