Rusiyada polislərə ölkədən çıxış qadağan olundu
Dərc olunub:
30-09-2022, 14:54
Rusiyada polislərin ölkədən çıxışına qadağa qoyulub. Dövlət sirlərinə çıxışı olan işçilər isə xarici pasportlarını təhvil verməlidirlər.
Bu barədə “Baza” məlumat yayıb.
Yeni qaydalara əsasən, sentyabrın 23-dən Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbərliyi, o cümlədən qadın işçilərin Rusiyanı tərk etmək hüququ yoxdur.
Artıq qadağalara düşən adları təsdiqlənmiş şəxslər ölkəni tərk etmək üçün sentyabrın 21-dən əvvəl aldıqları biletlərin və otel rezervasiyalarının surətlərini göstərməlidirlər. Ancaq bu da, onlara Rusiyanı tərk etməyə kömək olmayacaq.