Rusiyanın Ukrayna ilə bağlı iddialarını qəbul etməyəcəyik - Bayden
Dərc olunub:
30-09-2022, 07:21
Birləşmiş Ştatlar Rusiyanın suveren Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt qəbul etməyəcək.
Bunu ABŞ Prezidenti Co Bayden deyib.
O, Rusiya-Ukrayna müharibəsində hər zaman Ukraynanın yanında olacaqlarını bildirib.
"Bu qondarma referendum tamamilə saxtadır. Referendumun nəticələri Moskvada hazırlanıb”, - deyə Bayden bildirib.