Ermənistan hərbi xərcləri ARTIRIR
Dərc olunub:
29-09-2022, 13:47
Ermənistan 2023-cü ildə infrastruktura, o cümlədən müdafiə sahəsinə nəzərdə tutulan xərcləri kəskin şəkildə artıracaq.
Bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan hökumətin iclasında 2023-cü ilin dövlət büdcəsi layihəsini təqdim edərkən deyib.
“2022-ci illə müqayisədə bu məqsədlər üçün xərclər 200 milyard dram və ya təxminən 56% artaraq 557 milyard (1 milyard 326 milyon dollar) təşkil edəcək. Bu xərclərin ÜDM-ə nisbəti bu il üçün nəzərdə tutulan 4,5 faizlə müqayisədə 5,9 faiz təşkil edəcək.
Təhsil, elm, idman və mədəniyyətə xərclər 250 milyard dram (təxminən 600 milyon dollar) təşkil edəcək ki, bu da 2022-ci illə müqayisədə 20,3% çoxdur”, - nazir bildirib.