MEDİA-da Rəşad Məcidlə görüş keçirilibSentyabrın 30-da Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə media sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Agentliyin İcraçı direktoru Əhməd İsmayılov medianın inkişafı istiqamətində atılan ardıcıl addımlardan, dövlətin bu sektora sistemli dəstəyindən, jurnalistlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən danışaraq Mətbuat Şurası ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, medianın inkişafı ilə bağlı görülən işlər Azərbaycan mətbuatının, ölkəmizdə jurnalist peşəsinin gələcəyinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır. Bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Rəşad Məcid birgə əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.

Görüşdə gələcək perspektivlər və səmərəli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
“AzerGold” Balakənddə sakinlərlə görüş keçirib - FOTOLARSentyabrın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi (KSM Komitəsi) tərəfindən Balakən rayonunda yerli sakinlərlə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, “AzerGold” QSC-nin “Köhnəmədən” sahəsinin yaxınlığındakı Gərəkli, Mahamalar, Mazımqaray, Salban kəndlərinin sakinləri ilə keçirilən görüşdə QSC-nin İdarə Heyəti səddrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov iştirak ediblər.

Sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Xəyyam Fərzəliyev çıxış edərək, “Köhnəmədən” sahəsində yerləşən “Filizçay” polimetal yatağında görülən işlər və yeniliklər barədə geniş məlumat verib. “AzerGold” QSC-nin ən irihəcmli layihələrindən biri olan “Filizçay” yatağının istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların yekunlaşdırıldığını və yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin təmin edildiyini bildirən sədr müavini hazırda yatağın filizlərinin optimal zənginləşdirmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatların davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. X.Fərzəliyev yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimində start verilməsinin, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasının planlaşdırıldığını bildirib. Həmçinin "Filizçay" yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinin hədəf olaraq müəyyən edildiyi vurğulanıb. Bundan əlavə, yatağın istismara verilməsinin 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyi qeyd edilib.

Görüşdə, həmçinin Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov çıxış edərək, “AzerGold” QSC-nin dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübəyə və standartlara əsaslanan fəaliyyətinin təkcə Balakən rayonunun deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına kifayət qədər müsbət təsirləri olacağına əminliyini ifadə edib.

Tədbirdə yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində “AzerGold” tərəfindən icra edilməkdə olan sosial layihələr barədə də məlumat verilib. Bildirilib ki, QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, hasilat fəaliyyəti aparılan bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Komitə sədri müraciətlərin nəzərə alınması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib. Tədbirin sonunda isə kənd sakinlərinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib.

Qeyd edək ki, KSM Komitəsi tərəfindən Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcəkdir.


“Məndə görüntülər var ki, icra başçısı qaziyə hörmətsizlik edir” - Deputat“Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Açıqlamaq istəmirəm, amma hər bir halda Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir”.

Bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Sabir Rüstəmxanlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ilk növbədə evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır:

“Ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Aparılan bütün anti-təbliğatlara baxmayaraq, onlar bu duyğunu necə ötürürdülər. Onların bu duyğusunu öldürmək olmaz”.
"Azərbaycan regionda güc mərkəzinə çevrilib"“Biz fəxr edirik ki, biz bu torpaqların övladlarıyıq. Biz döyüş meydanında öz haqqımızı bərpa edərək düşməni məğlub etdik. Bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq” - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 27-də Füzuli rayonuna səfəri zamanı çıxışında qeyd etmişdir. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən və qürur günumüz olan 27 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Füzuli rayonuna səfəri xalqımız üçün olduqca əhəmiyyətli idi.

Qeyd etməliyik ki, dövlət müstəqilliyinin ən vacib elementlərindən biri ərazi bütövlüyünün təminatıdır. Xalqların milli mübarizəsinin əsas hədəflərindən biri müstəqillik, suverenlikdir. Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində xalqımız ərazi bütövlüyümüzü bərpa edərək müstəqilliyimizin toxunulmazlığına və əbədiliyinə daha güclü zəmin yaratdı. Bu tarixi hadisə nə qədər qüdrətli dövlətə və rəşadətli orduya sahib olduğumuzu bütün dünyaya nümayiş etdirmiş oldu.

Azərbaycanın günü-gündən artan siyasi, iqtisadi və hərbi gücü müstəqilliyimizin təminatçısına çevrilib. Sevindirici haldır ki, artıq vətənin keşiyində dayanan, torpağı göz bəbəyi kimi qoruyan vətənpərvər gənc nəsil formalaşıb. Qurucu, yaradıcı olan bu nəsil bütün arenalarda xalqımızı və ölkəmizi ləyaqətlə təmsil edir, bayrağımızı ucaldır. Bu gün Azərbaycanın dövlət siyasətinin başlıca prinsipi müstəqilliyimizin möhkəm və əbədi olmasıdır. Cənab Prezidentin milli maraqlara əsaslanan uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsidir ki, artıq Azərbaycan regionda güc mərkəzinə, beynəlxalq aləmdə yüksək nüfuza və rola sahib olan ölkəyə çevrilib. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı və qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq. Şəhərlərimizi, kəndlərimizi bərpa edirik. Eyni zamanda fəxr edirik ki, biz bu torpaqların sahibləri kimi bu torpaqları yenidən həyata qaytarırıq.

27 sentyabr Anım Günündə şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz vətənin keşiyində durmalı və hər zaman müstəqilliyimizin müdafiəsinə hazır olmayıq. Cənab Prezidentin də qeyd etdiyi kimi “İmkan verməməliyik ki, bir daha düşmən başını qaldırsın və bir daha bizim üçün təhdid yaratsın”.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri.
Qazaxda kütləvi dava: ata və oğlu döyüldüQazax rayonunda kütləvi dava olub.

 Oxu.az xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Abdula Abdulayev bıçaqlanma diaqnozu, 1969-cu il təvəllüdlü Məmməd Qocayev, onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev və İlqar Abdulayev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Biləcəri daş bazarında usta faciəvi şəkildə öldüSentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki Biləcəri daş bazarında çalışan 1984-cü il təvəllüdlü Xəqani Əzizovu elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə Binəqədi Rayon Prokurluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi "Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Rusiya humanitar karvanı vurdu: 23 ölü, 28 yaralıRusiya ordusu bu gün səhər saatlarında Zaporojyedən çıxamağa çalışan humanitar karvana raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.

“İnsanlar müvəqqəti işğal olunmuş əraziyə getmək, yaxınlarını götürmək, yardım gətirmək üçün növbəyə dayanmışdılar”, - Starux bildirib.

İlkin məlumatlara görə, raket zərbələri nəticəsində 23 nəfər həlak olub, 28 nəfər isə yaralanıb.
Rəhim Rəhimlinin əsl ölüm səbəbi... - TƏBİBAzərbaycanlı müğənni, bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.
Tofiq Yaqublu saxlanıldı - DİNMüsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

Bu barədə onun qızı Nigar Həzi paylaşım edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev isə saytımıza bildirilib ki, bununla bağlı heç bir məlumata malik deyil.

***

Razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır.

"Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır", - o əlavə edib.
İlham Əliyev Bolqarıstana getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.