Sizin Reklam Burada

"Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır"

"Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır"27 sentyabr 2022 ci il Azərbaycan Respublikasının Prezidenti İham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar.

Dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr Anım gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Prezidentimiz burada çıxışında bildirib ki, bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah şəhidlərimizə rəhmət eləsin.

Şəhidlərimiz bu Vətən, bu torpaq uğrunda öz canlarını fəda etdilər. Biz şəhidlərimizlə fəxr edirik. Biz qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Döyüş meydanında biz onlardan qisasımızı aldıq. Doğma torpaqlarımızı azad etdik.Ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Azərbaycan xalqı birlik və iradə nümayiş etdirdi. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün azad edilmiş torpaqlarımızda qurub yaradırıq ,şəhər və kəndlərimizi bərpa edirik., həm də Zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, doğma torpaqlarımıza yenidən qayıtdıq. Bu torpaqların sahibləri yenidən qayıtdı.

Qaraxanbəyli kəndi və digər beş kənd Il Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir.İlk şəhidlərimizi burada vermişik. Bu istiqamətdə düşmən beş-altı müdafiə xətti yaratmışdı.Azərbaycan əsgəri heç düşünmədən canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada, azad olunmuş torpaqlarımızda dalğalansın. Azərbaycan əsgəri heç nəyi düşünmədən yalnız irəli gedirdi. Biz şəhid verirdik amma, irəli gedirdik.Hamı dərk edirdi ki, bunun sonu Zəfərə gedən yoldur.yoldur. 44 günlük müharibə ərzində 300 dən çox şəhər və kənd düşməndən azad edildi .

Biz xoşbəxt xalqıq. Ona görə ki, bu şərəfli missiya məhz bizim üzərimizə düşüb. Biz döyüş meydanında haqqımızı bərpa etdik. Biz müzəffər xalq kumi ,qalib xalq kimi əbədi yaşayacağıq. Biz qoymayacayıq düşmən başını qaldırsın. Ölkəmizin artan hərbi gücü müstəqilliyimizin ,rahat həyatımızın təminatçısıdır. "
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım günündə saat 12.00-da də Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər .

Füzulidə hava limanından sonra bir çox tikinti quruculuq işləri aparılır. Horadiz - Ağbənd dəmir yolu xəttinin əsası qoyulub. Umumi uzunluğu 100 km olan bu dəmiryol xəttinin əhəmiyyəti böyükdür. Naxçıvana birbaşa dəmiryolu nəqliyyat əlaqəsinin strateji əhəmiyyəti böyükdür.

Həmişə Vətən keşiyində duran əsgər və zabitlərimizə uğurlar arzulayıram. Həmişə, hər zaman sizinlə fəxr edirik.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər