ABŞ İrana məxsus PUA-nı məhv etdi
Dərc olunub:
29-09-2022, 06:50
ABŞ silahlı qüvvələri Şimali İraq Kürd Administrasiyasının mərkəzi Ərbilə istiqamət alan İrana məxsus PUA-nı məhv edib.
Bu barədə ABŞ Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, hədəf alınan PUA ABŞ Mərkəzi Qüvvələri üçün təhlükə yaradırdı.