Keçmiş polis əməkdaşı intihar etdiSumqayıt şəhərində sabiq polis serjantı Fuad Ağayev özünü asaraq intihar edib.

Hadisə Sumqayıt şəhəri ərazisində yerləşən parklardan birində qeydə alınıb.

F.Ağayev səhhətində yaranmış problemlərlə bağlı bir müddət əvvəl öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-a açıqlamasında məlumatı təsdiqləyib.
Şəkidə 21 yaşlı qız zorlandıŞəki şəhərində sağlamlıq imkanları məhdud olan 21 yaşlı M.A.-nın cinsi zorakılığa məruz qalması iddia edilib.

Bildirilib ki, qız hamilədir və kirayə qaldığı evdən atılıb.

Eyni zamanda, qeyd edilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları qızı sığınacağa yerləşdirməkdən imtina edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 21 yaşlı qızın zorlanması ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Zəruri ekspertizalar təyin olunub və faktla bağlı istintaq araşdırmaları davam etdirilir. Polis Şöbəsi tərəfindən qadının sığınacağa yerləşdirilməsindən imtina edilməsi ilə bağlı iddialar isə əsassızdır. Belə ki, xanımın şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından hazırda həmin sənədlərin hazırlanması üçün müvafiq işlər aparılır”.

Bərdədə arvadı tərəfindən döyülən kişi öldüBərdədə arvadı tərəfindən döyüldükdən sonra ütü ilə yandırılan kişi həyatını itirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə Hidayət Cəfərovun oğlu Xudayar Cəfərov deyib.

X.Cəfərov bildirib ki, hazırda 80 yaşlı atalarının dəfn hazırlıqları ilə məşğuldurlar. Daha sonra atalarının ölümünə səbəb olan, onun ikinci həyat yoldaşı Serbiya Cəfərovadan şikayətçi olacaqlar.

Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla H.Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı tərəfindən işgəncəyə məruz qaldığı məlum olub. Övladları isə bu barədə polisə məlumat verib.
Hərbi qulluqçumuz intihar etdiAzərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.
50 azərbaycanlı tələbə İsraildə təhsil alacaqBu gün Azərbaycan Dövlət Aqrar Universiteti və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) arasında 50 azərbaycanlı tələbənin kənd təsərrüfatı sahəsində İsraildə təhsil alması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

İsrail səfirliyindən verilən xəbərə görə, tələbələr bir tədris ilini İsrailin Arava bölgəsində keçirəcək, burada kənd təsərrüfatı sahəsində ən qabaqcıl bilik və bacarıqları öyrənəcək və geri qayıtdıqdan sonra Azərbaycanda tətbiq edəcəklər.

Tədbir zamanı Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Səfir Corc Dik Azərbaycan ilə İsrail arasında inkişaf edən əlaqələrdən danışıb: “İsrail ilə Azərbaycan arasında əlaqələr yeni səviyyələrə yüksəlib və akademik, kənd təsərrüfatı və xalqlarımız səviyyəsində daha da genişlənir. Azərbaycan dünyada belə bir proqramda iştirak edən ilk ölkə olacaq. Bu, nazir İnam Kərimovun İsrailə və İsrailin kənd təsərrüfatı nazirinin Azərbaycana səfərinin nəticəsidir. Kənd təsərrüfatı ərzaq təhlükəsizliyi deməkdir. Buna görə də, kənd təsərrüfatı sahəsində əməkdaşlığımız çox vacibdir və hər gün inkişaf edir”.

Tədbir iki tərəf arasında anlaşma memorandumunun imzalanması ilə yekunlaşıb.
Azərbaycanda 3 helikopter hərraca çıxarılır19 və 21 iyul tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

Əmlak Məsələləri Dövlət Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iyulun 19-da keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 39 nəqliyyat vasitəsi, 21 iyulda təşkil olunacaq hərraca isə 3 helikopter çıxarılıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə müəssisələr paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən bu obyektin ümumi faydalı sahəsi 1 664 kvadratmetrdir. Hərracda iştirak etmək üçün 40 min manat beh məbləği ödənilməlidir.

Şəkidə yerləşən hamam xidmət sahəsi üçün əlverişlidir. Şəki şəhəri, B.Məmmədov küçəsi, 29 ünvanında yerləşən 2 saylı hamam ilkin start qiyməti ilə 17 500 manata təklif olunur. Bu əmlakı almaq üçün isə öncədən 1 750 manat beh məbləği ödənilməlidir. Obyektin ümumi faydalı sahəsi 151 kvadratmetr, torpaq sahəsi isə 213 kvadratmetrdir.

Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2013-cü illəri əhatə edir.

İyulun 21-də təkrar keçiriləcək hərraca çıxarılan hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.
Xəzər dənizinin mühafizəsi dövlət başçılarının diqqət mərkəzindəXəzəryanı Dövlətlərin Dövlət Başçılarının 29 iyun 2022-ci il tarixdə Aşqabadda keçirilən VI Zirvə Toplantısında Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan dövlət başçılarının diqqət yönəltdikləri məsələlərdən biri də Xəzər dənizinin ekoloji problemləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Azərbaycanın ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu, Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirmişdir. Xəzərin uzun illər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirərək, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulamışdır.

Prezident İlham Əliyev xüsusi ekspert qrupunun yaradılmasını təklif edir

Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər dənizinin dayazlaşmasının intensiv şəkildə artmasının ciddi narahatlıq doğurduğunu qeyd etməklə bunu ekoloji fəlakət adlandıraraq deyib: “Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.

“Xəzərdə neft və qazın intensiv kəşfiyyatı və hasilatı fonunda bir çox geo-ekoloji təhlükələrlə rastlaşırıq. Bunlar Xəzər dənizinin səviyyə tərəddüdləri, dəniz dibinin deformasiyaları ilə bağlı geoloji təhlükələr və çirklənmə ilə bağlı ekoloji problemlərdir. Xəzərin ən zəngin bioloji ehtiyatlarının qorunub saxlanması da günümüzün aktual problemidir. Bunlar bir kontekstdə həllini gözləyən problemlərdir”. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fəxrəddin Qədirovun yuxarıdakı fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zirvə Toplantısında səsləndirdiyi fikriləri bir daha təsdiq edir.

Həmçinin toplantıda birgə bəyanatla çıxış edən Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, 12 avqust 2018-ci il tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Dövlətlərin (Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan) Dövlət Başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanmışdır. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq edərək Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəlmişdilər.

Xəzər Dənizi Günü

Onu da qeyd edək ki, 12 avqust 2003-cü ildə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası imzalandığı gündən 12 avqust Xəzər Dənizi Günü kimi Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikası tərəfindən qeyd edilir.

“Xəzər dənizi” gününün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsi və bununla bağlı əhalinin maarifləndirilməsidir. Xəzər Dənizi Günü ilə əlaqədar Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların, yerli özünüidarəetmə orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların və EİB-lərin (elmi-istehsalat birliyi) iştirakı ilə toplantılar təşkil olunur və sahil ərazilərinin təmizlənməsi və abadlaşdırılması çərçivəsində səmərəli danışıqlar və işlər aparılır. Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər regionunda ekoloji şəraiti və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Onuda qeyd edək ki, sözügedən Konvensiyada Azərbaycan Respublikasının götürdüyü öhdəliklərə uyğun olaraq ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətlərindən biri Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin, ekoloji kriteriyalarının elmi əsaslarla müəyyən edilməsi, proqnozlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ekoloji monitorinqlərin təşkil edilməsindən ibarətdir. Keçirilən ekoloji monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan bütün növ tullantıların dəniz suyuna və qruntuna, flora və faunasına, digər su obyektlərinə göstərdiyi antropogen təsiri təhlil və tədqiq edərək məlumat bankı yaratmaq, prioritetləri müəyyənləşdirərək proqnozlar verib ətraf mühitə vurulan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirmək və Azərbaycan Respublikasında mövcud qanunvericiliklərin tələblərinə uyğun ekoloji tarazlığın bərpasına nail olmaqdır.

Qeyd edək ki, “Tehran Konvensiyası” kimi tanınan Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün mənbələrdən çirklənməsinin qarşısının alınmasına, Xəzər dənizinin dəniz mühitinin qorunmasına və bərpasına xidmət edir. Konvensiya Xəzər dənizinin bioloji ehtiyatlarının davamlı və səmərəli istifadəsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, ətraf mühitin monitorinqi və elmi tədqiqatlara dair müddəaları özündə əks etdirir.

Qeyd edilənlərlə yanaşı, Xəzər dənizinin ekosisteminin mühafizəsi və ekoloji təhlükəsizliyin təmini üzrə Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişafı hazırda daha çox dənizin təbii ehtiyatlarının mənimsənilməsi ilə əlaqədar kompleks problemlərə dair birgə fəaliyyətlə bağlıdır. Xəzər dənizinin ekoloji problemlərinin qarşısının alınması məqsədilə Xəzəryanı dövlətlər dənizin ətraf mühitinin vəziyyətinin insan fəaliyyəti nəticəsində, həm dənizdə, həm də quruda yerləşən mənbələrdən zərərli təhlükəli maddələrin, tullantıların və digər çirkləndiricilərin axıdılması, atılması və yerləşdirilməsinin ekoloji vəziyyətə təsiri daimi diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, yuxarıda qeyd edildiyi kimi, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Tehran Çərçivə Konvensiyası qəbul edilmişdir ( Azərbaycan Respublikası tərəfindən 4 aprel 2006-cı il tarixli müvafiq Qanunu ilə təsdiq edilmişdir). Konvensiyanın başlıca məqsədi bioloji resursların mühafizəsi, saxlanılması, bərpası və rasional istifadəsi də daxil olmaqla, Xəzər dənizinin ətraf mühitinin mühafizəsidir. Onun tətbiqi dairəsi isə Xəzər dənizinin səviyyəsinin dəyişməsi və quruda yerləşən mənbələrdən çirklənmə nəzərə alınmaqla, onun dəniz ətraf mühitini əhatə edir.

Sözügedən Konvensiyada Xəzər dənizinin çirklənmə mənbələri kimi bunlar qeyd edilir:

Quruda yerləşən mənbələrdən çirklənmə;

Dəniz dibindəki fəaliyyətlə bağlı çirklənmə;

Gəmilərdən çirklənmə;

Axıdılma ilə bağlı çirklənmə;

Digər antropogen fəaliyyətlə bağlı (torpaq meliorasiyası, sahilyanı dib dərinləşdirmə və bəndlərin tikintisi işləri və s.) çirklənmə. Xəzərin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası və səmərəli istifadəsi ilə bağlı Konvensiyada göstərilir ki, Tərəflər Xəzərin bioloji ehtiyatlarının qorunmasına, mühafizəsinə, bərpasına və səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirməli və mövcud olan ən yaxşı elmi məlumatlar əsasında müvafiq tədbirləri həyata keçirməlidirlər. Konvensiyanın mühüm təqdirəlayiq müddəalarından biri də dəymiş zərərə görə məsuliyyətin müəyyən olunması və müvafiq kompensasiyanın ödənilməsinin nəzərdə tutulmasıdır.

Xəzər dənizi dünyanın ən böyük drenajsız gölüdür, Azərbaycan xalqının həyatında mühüm rol oynayır və fiziki-coğrafi göstəricilərinə görə unikaldır. Təkcə onu demək kifayətdir ki, Xəzərin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, dünyada qədimliyi ilə digər balıq növlərindən fərqlənən nərə balıqlarının 90%-i bu dənizdə yerləşir. Coğrafi landşaftın spesifikliyi əlverişli rekreasiya şəraiti yaratmışdır. Xəzər dənizinin səviyyəsinin vaxtaşırı dəyişməsi ilə əlaqədar olaraq onun səthinin (güzgüsünün) səviyyəsi və sularının həcmi dəyişir. Hazırda dəniz səviyyəsi okean səviyyəsindən 26,75 m aşağıdadır. Qara, Baltik və Sarı dənizləri ilə müqayisə edilə bilər. Xəzər Adriatik, Egey, Tirren və digər dənizlərdən daha dərindir. Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər dünya okeanının sularından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycanda mövcud olan 300-ə yaxın palçıq vulkanından 170-dən çoxu Xəzər dənizinin Azərbaycan sektorundakı ada və sualtı vulkanlardır. Xüsusilə Cənubi Xəzərdə onların sayı çoxdur. Təbii şəraitin unikallığı və müxtəlifliyi Xəzər dənizində nadir flora və fauna növlərinin nümayəndələrinin hələ də qorunub saxlanılmasına səbəb olmuşdur.

Hazırda Xəzərin ətraf mühiti ekoloji cəhətdən ağır vəziyyətdədir. Dənizin şelf zonasında vəziyyət daha ağırdır, bu ərazilərdə ölü zonalar formalaşıb. Bəzi yerlərdə çirkləndiricilərin normadan 10-20 dəfə çox olduğu təxmin edilir.

Çirklənmə mənbələri arasında Xəzərə axan çaylarla birlikdə gələn çirkləndiricilər birinci yerdədir. Xəzəryanı ölkələr arasında dənizin mühafizəsi ilə bağlı vahid sazişin olmaması səbəbindən brakonyerlik baş verir. Artan çirklənmə və brakonyerlik səviyyəsi, üstəlik, Xəzər dənizi ətrafında fəaliyyət göstərməyən balıq inkubasiya müəssisələri bir çox balıqların, xüsusən də nərə balıqlarının sayının azalması problemi yaradıb. Göl-dənizin ikili təbiəti mütəxəssislərin fikrincə, təhlükə və risklər ilk növbədə dənizin və sahil zonasının ehtiyatlarının intensiv inkişafı ilə bağlıdır. Sahil zolağının sakinlərinin hansı ekoloji təhlükələrə məruz qaldığını anlamaq üçün ilk növbədə bu təhlükə və risklərin insanlar üçün hansı təsirləri (təbii və antropogen) yaratdığını öyrənmək lazımdır.

Mütəxəssislər qeyd edirlər ki, unikal ekosistem olan və öz inkişaf qanunlarına malik olan Xəzər dənizi təkcə gölün deyil, həm də böyük dəniz hövzəsinin xarakterini və xüsusiyyətlərini özündə birləşdirir. Məhz buna görə də Xəzər ikili təbiətə malikdir - dənizdən bütün hidrofiziki xüsusiyyətləri (atmosfer hadisələri, üzvi dünya, coğrafi mövqe), göldən - su anbarının təcrid olunması və dənizlə əlaqəsinin olmaması götürülmüşdür. Xəzər dağ zirvələri arasındakı boşluq olduğundan və qərbdən şərqə, şimaldan cənuba doğru hərəkət edən bütün hava kütlələri oradan keçdiyindən (bu çox dar zolaqdır) məhz bu bölgədə atmosfer hadisələri - külək, qasırğa artır, qar çovğunları və s. baş verir. Dənizin unikallığı budur: okeanla əlaqəli olmayan, lakin onunla ümumi naxışları olan ikinci belə su hövzəsi yoxdur. İkinci xüsusiyyət dəniz dibinin geoloji quruluşunun bütün geoloji və hidrogeoloji prosesləri müəyyən edən okean hövzəsi üçün xarakterik olmasıdır. Məsələn, materik ərazilərinin əksər hissəsi üçün xarakterik olan tez-tez zəlzələlər. Alimlər bunu indiki Xəzər dənizinin on milyonlarla il əvvəl burada uzanan və litosfer plitələrinin toqquşması nəticəsində yoxa çıxmış Tetis okeanından əmələ gəlməsi ilə izah edirlər. Onu Qalan Dəniz adlandırırlar. Beləliklə, Xəzərin özünün coğrafi mövqeyi atmosfer hadisələri və yer qabığının aktiv inkişaf zonasında olması ilə bağlı təhlükə və risklər yaradır. Buna görə də Bakıdan Astaraya qədər bütün sahil zolağı və bir qədər şimala doğru seysmik təhlükəli zonadadır (Rixter cədvəli üzrə 8-9 bal). Xəzər dənizini okeanla qohum edən digər mühüm xüsusiyyət, təbii ki, onun bioresursları deyilən flora və faunasıdır. Arid (quru iqlim) və yarımquraq landşaftlar (Lənkəran çökəkliyi) istisna olmaqla, burada həmişəyaşıl Hirkan meşələri (enliyarpaqlı meşələr)) 85-90%-i üçün bütün sahil zonası boyunca üç çirklənmə kateqoriyası formalaşmışdır. yağışlar və aran meşələrinin yer səthinə yaxın yeraltı sularla qidalandığı Nabran-Yalama zonası). Xəzər qapalı hövzə olduğundan, keçən əsrin 70-ci illərinin sonlarında başlayan və 90-cı illərin ortalarında dayanan (daha doğrusu, sabitləşən) okeanla müqayisədə dəniz səviyyəsindəki dalğalanmalar orada daha sürətli baş verir: 26,7 metr. Mövsümi dalğalanmalar (qışda yüksəlir, yayda düşür). On beş ilə yaxın müddət ərzində suyun səviyyəsi 2-2,5 metr yüksək olduğu üçün bir çox yaşayış məntəqələri, infrastruktur obyektləri, münbit (əkinə yararlı) torpaqlar bütövlükdə 130 min hektar ərazi su altında qalmışdır.

Xəzər dənizində və sahilyanı ərazilərdə insanların aktiv fəaliyyəti, neft sənayesi, tarixi çirklənmə, brakonyerlik kimi problemlər su anbarının və onun bioresurslarının təhlükəsizliyini təhdid edir. Bütün bunların Xəzər dənizinin həyatına ciddi ekoloji yükü var.

Su anbarının mühafizəsinə həmişə xüsusi diqqət yetirilir. Brakonyerlik balıqçılıq sənayesinin inkişafına mane olur. Xəzər dənizində qeyri-qanuni balıq ovu həvəskarlarının fəaliyyətinin qarşısı mütəmadi olaraq alınır. Bundan əlavə, sahil zonaları üçün ən ciddi təhlükələrdən biri fövqəladə hallar zamanı dənizin neftlə çirklənməsinin mümkünlüyüdür.

Hesab edirik ki, Çərçivə Konvensiyasının üzvü olan Xəzəryanı ölkələr öz öhdəliklərinin yerinə yetirilməsi üçün milli səviyyədə qanunvericilik bazasının təkmilləşdirilməsi və işlək mexanizmə çevrilməsi məsələsini diqqətdə saxlamalıdırlar.

Aşqabad Sammiti Xəzərin ekoloji cəhətdən mühafizəsinin nə qədər vacib bir məsələ olduğunu bir daha göstərdi. Sammit bu məsələlərin Çərçivə Konvensiyası üzvlərinin birgə iştirakı ilə növbəti Zirvə toplantısında müzakirəsinin vacibliyi qənaətinə gəlməsi tədirəlayiq haldır.

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
“Azza”dan aldığı tort başına bəla oldu - 3 il həbs“AZZA AQRO” Qapalı Səhmdar Cəmiyyətinin mağazasından tort alan Bakı sakini Cavad İsmayılov (soyad şərtidir) məhkəməlik olub.

“Qafqazinfo” xəbər verir ki, o, aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb.

Bundan başqa, Cavad “Azza”dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib.

“Azza”nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini bildirib. Cavad isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını deməklə ofisi tərk edib.

Bundan sonra “Azza” rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib. Şirkətin şikayəti əsasında C.İsmayılova qarşı cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 182.1-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. İşə Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarı ilə Cavad İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Koronaya yoluxanların sayı kəskin artdıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.
Ziya Məmmədovun çəkdiyi yol: “Cinayət işinin başlanması üçün əsaslar var”2008-ci ildə tikilən Bakı-Quba-Rusiya yolu dəfələrlə təmir olunub. İnternet materiallarında bildirilir ki, bu yolun tam istifadəyə verilməsi üçün dövlət büdcəsindən 545 milyon 287 min 800 manat xərclənib. O zaman nəqliyyat naziri olan Ziya Məmmədov yolun 30 il davam gətirəcəyini bəyan etmişdi. Bəs nə oldu? Yol indi yenidən qurulur...

Mediada dəfələrlə iddia olunub ki, bu yol üçün ayrılan vəsait mənimsənilib. O üzdən də keyfiyyətsiz olub. Bəs, bu iddia ilə bağlı bu vaxta qədər nə üçün hər hansı hüquqi tədbir görülməyib?

Mövzu haqda Yenisabah.az-a danışan vəkil Əsabəli Mustafayev deyib ki, hökumət həyata keçirdiyi tenderlərdə məqsədli şəkildə məmurlara məxsus şirkətləri qalib edir:

“Təkcə Bakı-Quba yolunun deyil, digər yollar haqqında da belə fikirlər səslənir. Bu yolların çəkilməsi sonra tez-tez təmir olunması büdcə pullarının mənimsənilməsi ilə əlaqədardır. Bu, inandırıcıdır.

Bakı-Quba yolunun yeni salınanda 30 il zəmanət verilmişdi. Deyirdilər ki, dünyanın ən qabaqcıl standartları ilə, texnologiyası ilə salınmış yoldur. Ancaq həmin yolun salınandan iki il sonra təmirlər başladı.

Hökumət tenderlərdə həmin məmurların özlərinə məxsus olan şirkətləri qalib edir. Onlar da təmiri çox keyfiyyətsiz materiallarla həyata keçirirlər. Mənim fikrimcə, bunun arxasında büdcə pullarının talanması durur. Hesablama Palatası büdcə pullarının xərclənməsinə nəzarət etməlidir”.

Vəkil bildirib ki, ortada iddialar varsa, dövlət bu zaman müəyyən prosedurları başlamalı, hüquqi təqiblər həyata keçirməlidir:

“Belə materialların mətbuatda dərci dövlət qurumları üçün həmin məsələylə bağlı araşdırılmaya başlanılmasına əsas olmalıdır. Cinayət işinin başlanması üçün əsaslar var. Həmin əsaslardan biri də KİV-də yayımlanmış materiallardır.

Aidiyyatı qurumlar təmir işi başa çatdıqdan sonra yoxlama aparmalıdır. Əgər, bu, yoxdursa, deməli, bu qurumlar arasında cinayətkar birlik var. Bəzən yollar heç təmir də olunmur, ancaq bunun üçün ayrılmış pullar yeyilir.

Yolların istifadə intensivliyindən asılı olaraq, tikintisində hansı materiallardan istifadə olunmasını müəyyənləşdirmək olar. Hər bir materialın zəmanəti olmalıdır. Nə qədər ki, xidmət sahələri məmurlara birbaşa bağlıdır, o sahələr keyfiyyətsiz işləyəcək. Ən pisi də odur ki, onların heç biri vergi ödəyicisi deyil” – deyə, vəkil fikirlərini yekunlaşdırıb.