Sizin Reklam Burada

Yaşayış binasının sakinləri təhlükədədir - Şikayət

Yaşayış binasının sakinləri təhlükədədir - ŞikayətUcar şəhəri N.Nərimanov küçəsi Dəmir Yolu 8 nömrəli Yaşyış binasının sakinləri Avrasiya.net-ə şikayət məktubu yazaraq həyatlarının təhlükə altında olduqlarını bildiriblər.

Müraciəti olduğu kimin təqdim edirik:

Biz bu şikayəti imza edən şəxslər Ucar şəhəri N. Nərimanov küçəsində yerləşən Dəmir Yolu 8 nömrəli yaşayış binasında yaşayırıq. Həmin bina qəzalı vəziyyətdədir ki, hər an uça bilər. Buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Sözügedən binanın yüzdən çox yaşı var. Həmin binanın əsaslı təmir edilməsidə mümkün deyil. Çünki istifadə müddəti keçib tam yararsız vəziyyətdədir.Mütəxəsislər baxıb deyrlər ki, bu binanın təmiri mümkün deyil.Həttda bina 15 sm yerə çöküb.

Hamımız kasıb insanlarıq çörək pulumuzu güclə qazanırıq mənzili təmir etridməyə maddi imkanımız yoxdur.Həmçinin yuxarıda qeyd etdiyimiz kimi bu binanın təmir edilməsi mümkün deyil. Bu bina "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır , dəmiryolçu ailələrinə verilib. Hazırda bu binada yaşayan insanların həyat və sağlamlıqları ciddi təhlükə altındadır.

Yaşamağa başqa evimiz yoxdur çıxılmaz vəziyyətdə qalmışıq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərinə və digər orqanlara ərizələrə müraciətlər etmişik.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovdan və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərindən xahiş edirik şikayət ərizəmizi yerində bizim iştirakımızla araşdırıb təcili tədbirlər görəsiniz.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər