Sizin Reklam Burada

Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu həbs edib

Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu həbs edibFinlandiya Rusiya şirkətlərinə məxsus 1000 ədəd yük vaqonunu Avropa İttifaqının (Aİ) sanksiyaları səbəbilə həbs edib.

Bu barədə «Röyter» agentliyi xəbər verib.

Mart ayında, Finlandiya Rusiya ilə dəmir yolu əlaqəsini dayandıran zaman ölkədə Rusiyanın 5 minə yaxın dəmir yol vaqonu olub.

Dəmir yol şirkəti onları geri göndərmək istəyib, amma məhkəmə pristavları onlardan bəzilərinin üzərinə həbs qoymağı əmr ediblər.

Finlandiya dövlət VR dəmir yol operatorunun mətbuat katibi Tayna Kuytunen təsdiqləyib ki, hazırkı vaxtda Finlandiyada 800-ə qədər vaqon var və şirkət onları tezliklə Rusiyaya qaytarmaq istəyir.

Saxlanmış vaqonlar ya birbaşa Aİ sanksiyalarından zərər çəkmiş şirkətlərə, ya da səhmdarları sanksiya altına düşmüş şirkətlərə məxsusdur. Məsələn, «Uralxim-Trans» və «Rusaqrotrans». Onlar bu məhsul üzərində nəzarəti başqa şəxslərə veriblər.

Daha bir şirkətin vaqonları həbs olunub. «Alfa-Lizinq» («Alfa-Bankın» sanksiya altına düşən bölməsi) məhkəməyə şikayət göndərib ki, fin məhkəmə pristavlarının fəaliyyəti qeyri-qanunidir.

Finlandiya məhkəmə pristavları bir neçə Rusiya və Belarus fiziki və hüquqi şəxsinin aktivlərinin (82 milyon avrodan artıq məbləğdə) dondurulduğunu təsdiqləyiblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər