Sizin Reklam Burada

Musiqi sərhəd tanımır...

Musiqi sərhəd tanımır...Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyi qeyd olunur. Bu illər ərzində Dövlət Komitəsinin, xaricdə yaşayan, işləyən və təhsil alan yüzlərlə soydaşımızın ölkəmizi xaricdə layiqincə təmsil etməsi işində göstərdiyi hər cür dəstəyin böyük rolu olmuşdur. Sevindirici haldır ki, doğma Vətənimizin xarici ölkələrdə uğurla təmsil edilməsində Azərbaycan gəncliyi xüsusi rol oynayır.

Belə gənclərdən biri də istedadlı pianoçu, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının 3-cü kurs tələbəsi Ayan Eyvaz qızı Məmmədlidir. Bu istedadlı gəncimizin ölkə xaricində ilk çıxışları hələ 9 yaşında ikən başlamışdır. Ayan Məmmədli 2012-2019-cu illər ərzində dünyanın bir çox ölkələrində, o cümlədən Estoniya, İtaliya, Malta, Avstriya, İngiltərə, Yaponiya, Rusiya, Türkiyə, Almaniya, Niderland və Danimarkada keçirilən veynəlxalq piano müsabiqələrində və solo konsertlərdə uğurla iştirak edərək, öz qalibiyyətilə ölkəmizin üçrəngli bayrağını hər zaman xarici səhnələrdə zirvəyə ucaltmışdır. Artıq üç ildir ki, Avstriyada dünya beşliyinə daxil olan Anton Brukner adına Konservatoriyanın bakalavr pilləsində təhsil alan və hələ ki ilk, yeganə azərbaycanlı olan Ayan Məmmədlihəm dərs əlaçısı kimi, həm də fəal ictimayyətçi kimi bir çox tədbirlərə qatılaraq, öz sözünü həm musiqinin diliylə, həm də vətənpərvər gənc kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıyla bağlı keçirilən tədbirlərdə fəal iştirakı, təbliğatı ilə çatdırır. Bu günlərdə Ayan da öz 20 yaşını Vətəndə qeyd edərək, həmvətənləri qarşısında iyirmi yaşın hesabatını vermək istəyində oldu. Elə bu münasibətlə Bakı Təlim və Resurs Mərkəzinin təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, gənc pianoçu Ayan Məmmədlinin musiqili-təqdimat gecəsi keçirildi.

Tədbirdə gənc ifaçının yaradıcılığna həsr olunmuş “Əsli Şuşadan, səsi Vyanadan" adlı sənədli filmin, rəssam Ramil Əhmədlinin nəfis şəkildə şəkdiyi pianoçu Ayanın portreti, mərhum Xalq şairi Fikrət Qocanın Ayan Məmmədliyə həsr etdiyi şeri və jurnalist Fuad Hüseynzadənin xaricdə yaşayan və Azərbaycanı layiqincə təmsil edən fəal azərbaycanlıların, o cümlədən Ayan Məmmədlinin də fəaliyyətinin əks olunduğu “Azərbaycançılıq ideyası-dünya azərbaycanlılarının istinad mənbəyi” kitabının təqdimatı tədbirin tamaşaçılarının böyük marağına səbəb oldu. Tədbirdə çıxış edən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı, T.Quliyev adına 12 saylı on birillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Gülnarə Səfərova, Danimarkadan gəlmiş azərbaycanlı pianoçu, musiqişünas Kəmalə Hüseynova, şairə Nigar Həsənzadə, rəssam Ramil Əhmədli, jurnalist Fuad Hüseynzadə, rəssam, sənətçünaslıq doktoru Kubra Əliyeva gənc pianoçunun həyatında qısa zaman ərzində qazandığı böyük uğurların təqdirəlayiqliyindən və əhəmiyyətindən danışaraq, onu təbrik etdilər və yeni-yeni yaradıcılıq uğurları arzuladılar. Onlar Şuşa ilində əsli Şuşadan olan yeni bir istedadın yetişməsini, istedadlar yurdunun yeni fidanı olduğunu qeyd etdilər.

Tədbirin bədii hissəsində puanoçu Ayan Məmmədlinin dünya klassik bəstəkarları Şopen, Raxmaninov, Prokofyev, Şedrin, Ernesto Lekuonanın əsərlərilə yanaşı, milli musiqimiz olan “Şuşanın dağları” və “Küçələrə su səpmişəm” kimi xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və sevgiylə qarşılandı. Tədbirin sonunda çıxış edən Ayan Məmmədli doğma Vətənini hər zaman dünyanın harasında olmasından asılı olmayaraq, hər zaman layiqincə təmsil etməyi özünün ən böyük missiyası olduğunu bildirdi. Ayan Məmmədli bu vətənpərvər davranışı və çıxışı ilə bir daha tədbir iştirakçılarını qürurlandırdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər