star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Anar Axundzadə - 50 yaşın mübarək!

Anar Axundzadə - 50 yaşın mübarək!Qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsinin fikrincə, ömür yoldur, qət etdikcə zənginləşir. Bu gün tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin sabiq deputatı Anar Axundzadənin 50 yaşı tamam olur.

A.Axundzadənin həyatına qısa ekskursiya edək:

Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.

1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).
Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
2000-ci ildə Azərbaycan Respublikasi Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında İnvestisiya proseslərinin dövlət tənzimlənməsi ixtisasi üzrə ixtisasartırma vəsiqəsini alıb. 1998-ci il Dünya Gənclərinin Beynəlxalq Festivalının iştirakşısı olub. (Portuqaliya)

1992-ci ildən, yəni yaranan gündən Yeni Azərbaycan Partiyasının uzvüdür. YAP Naxçıvan MR Gənclər Təşkilatının sədri (1995–2000). 1999-cu il YAP birinci Qurultayinda YAP Siyasi Şurasının üzvü seçilib. Azərbaycan Respublikasının prezident, Milli Məslis, Bəladiyyə seckilərində Yeni Azərbaycan Partiyasi tərəfindən Azərbaycan Respublikasi üzrə səlahiyyətli nümayəndə olub. 06.03 2019 Azərbaycan Respublikasi Prezidenti yaninda Dövlət İdarəcilik Akademiyasinda "Müasir Dövlət idarəciliyinin təşkilati əsaslari :15 il innovativ inkişaf yollarinda" ixtisasartirma haqqinda Dövlət sənədi olan SERTİFİKAT alıb. (24.02.2016)dən (09.07.2021) dək Səbail Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdüri vəzifəsində calişıb. 2021-ci il Səbail Rayonun İctimai-siyasi həyatinda iştirakina görə İcra Hakimiyyətinin başcisi tərəfindən Fəxri Fərmanla təltif olunib. I dərəcəli dövlət qulluqcusudur.
Ailəlidir 3 övladı var.

A.Axundzadə yaşadığı illər ərzində dünyanın rənglərinə aldanmadı, əqidəsi, dövlətə, millətə, ümummilli lider H.Əliyev ideyalarına, yoluna sədaqət nümayiş etdirməklə zənginliklərə qalib gələn şəxsiyyətlərimizdəndir. Vətənpərvər, ictimai-siyasi fəaliyyəti, intellektuallığı ilə cəmiyyətdə rəğbət qazanan A.Axundzadə şərəfli ömür yolunun 50-ci pilləsinə - kamillik və müdriklik zirvəsinə yetişən həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır. Onu yaxından tanıyanlar bilir ki, siyasətçi bütün fəaliyyəti dönəmində ölkənin inkişafı, qüdrətlənməsi, xalqın gələcəyi uğrunda çalışıb.

Yüksək əxlaqi keyfiyyətlərlə malik olan A.Axundzadəni yaxından tanıyanlar, onunla birlikdə işləyən, ictimai-siyasi və mədəni tədbirlərdə birgə iştirak edənlər onun sadə və səmimi bir insan olduğunu əminliklə söyləyirlər. Digər tərəfdən, onun həyat və fəaliyyətinin başlıca ştrixlərini təsvir edərkən əminliklə onu möhkəm əqidəli, prinsipial və vətənpərvər şəxsiyyət, Heydər Əliyev ideyalarına sadiq olan fədakar insan kimi təsvir edirik.

Yubliyarı bir daha təbrik edir, uzun, mənalı və sağlam ömür arzulayırıq.

Avrasiya.net

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər