Sizin Reklam Burada

"Cəmiyyət bizdən aktivlik tələb edir"

"Cəmiyyət bizdən aktivlik tələb edir"Dünyada gedən mövcud yenilənmə prosesinə adekvat mühitin Azərbaycan cəmiyyətində formalaşması ilə bağlı müzakirələr davam edir. Belə bir ərəfədə siyasi partiyaların fəaliyyəti və siyasətçilərin bu yöndə hansı “postu” tutub ictimai proseslərə təsir etmə imkanları qazanacağı götür-qoy edilir.

Son vaxtlar siyasi partiyaların bir sıra QHT-lər kimi ictimai şuralarda iştirakçılığı, eləcə də cəmiyyətin siyasi sifarişçisi kimi nə dərəcədə aktiv rol aldığı birmənalı qarşılanmır. Bu istiqamətdə Versus.az-a müsahibə verən ALDP sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib.

- Fuad bəy, son vaxtlar gündəmə gətirilən maraqlı mövzulardan biri də İctimai Şuralarda siyasi partiya nümayəndələrinin iştirakı ilə bağlıdır. Siyasi partiyalar ictimai şuralarda təmsil olunarsa, bu cəmiyyətə nə verə bilər?

- İctimai Şuralar yeni yaranan ərəfələrdə partiya olaraq belə təkliflərlə çıxış etmişdik ki, ictimai Şuralarda siyasi partiyaların nümayəndələri də iştirak etsinlər. Qeyd etdiyimiz ən mühüm məqam, məhz Prezidentin yanında İctimai Şuraların yaradılması və orda siyasi təşkilatların da təmsil olunması idi. Amma siyasi partiyaların bu gün ictimai şuralarda olmasının cəmiyyətə, təmsil olunduğu orqanlara hansı xeyiri gətirə biləcəyi də sual altındadır. Çünki siyasi təşkilatlar bu gün cəmiyyətdə öz fəaliyyətini göstərə bilmir, aktiv deyillər. Ona görə də hesab edirik ki, bu aktivliyi təmin etmək üçün birinci proporsional seçki sistemi bərpa olunmalıdır. Proporsional seçki sistemi bərpa olunandan sonra partiya daxilində sağlam rəqabət olacaq, partiya üzvləri aktivləşəcək və daha sonra təmsil olunduğu ərazilərdə də aktiv fəaliyyət göstərəcəklər. 20 ildir proporsional seçki ləğv olunub və seçkilər mojaritar seçki sistemi ilə keçirilir. Bir çox hallarda partiya üzvləri deyirdilər ki, özlərinə problem yaranmasın deyə seçkilərdə partiyanın adından iştirak etmək istəmirlər. Yəni partiya üzvləri mojaritar qaydada -fərdi şəkildə seçkidə iştirak edirlər. Biz belə problemlərlə də üzləşirdik. Ona görə də hesab edirik ki, partiyaların ictimai şuralarda təmsil olunmsından da əvvəl seçki sistemi dəyişməlidir. Və düzü indiki şəraitdə siyasilərin ictimai şuralarda təmcilçiliyi də heç nə dəyişməyəcək. Ona görə də ictimai şuralarda siyasi partiyaların iştirakçılığı ilə yanaşı, təklif etmişik ki, proporsional seçki də bərpa olunsun. Partiya olaraq onsuz da bütün sahələr üzrə yaranan problemlərlə bağlı öz mövqeyimizi ortaya qoyur, vətəndaşlardan öz dəstəyimizi əsirgəmirik, qazilərin, şəhid ailələrinin üzləşdiyi problemlərin həllinə diqqət yönəldirik. İctimai şuralarda olsaq və partiyaların cəmiyyətdə nüfuzu artsa ən azı problemləri aidiyyatı yerlərə, şəxslərə birbaşa çatdırmaq imkanımız olar və məsələlərin həlllində daha yaxından iştirakçı olarıq. Bu da proporsional seçki sisteminin bərpasından keçir. Siyasi partiyaların nüfuzu artacaqsa bütün bölgələrdə, yerlərdə insanlar özləri bizi axtarb tapacaq və sosial - siyasi proseslərdə aktiv iştirak edəcəklər. İctimai Şurada üzvümüz olandan sonra şikayətçini birbaşa təqdim edəcəyik. Düzdür, biz bu gün o problemləri mətbuat vasitəsi ilə ictimaiyyətə, aidiyyatı orqanlara yönəldirik. Amma buna hansı reaksiyaların verilməsi sual altında qalır. Yəni proseslər bir-biri ilə zəncirvari bağlıdır.

- Siyasi partiyaların son illərdə fəaliyyətindəki boşluqları nəzərə alsaq, bu gün ictimai fikrin düzgün formalaşmasında hansı yeni addımları atmaq imkanı yaranıb. Bu gün yaşadığımız “Yeni reallıq, yeni müstəvi, iqtidar -müxalifət dialoqu” mərhələsində siyasi partiyalar nəyə riayət etməlidir?

- Hesab edirəm ki, siyasi partiya sədrləri, üzvləri öz yerləşdikləri ərazilərdə davaranışları, fəalyyətləri ilə əhali arasında nüfuz qazanmalıdır. Əks halda siyasi partiya əhəmiyyətsiz bir quruma çevriləcək. Məsələn, siyasi partiyaların iqtidarla birlikdə işğaldan azad olunmuş ərazilərə etdiyi səfərləri qeyd etmək olar. Əlbəttə ki, belə səfərlərin əhəmiyyəti böyükdür. Müharibədən çıxan və bu gün ərazilərində böyük pərpa işləri gedən, paralel Ermənistanın hələ də regionda mənfur istəklərinin qaldığı, yaxud hansısa xarici təsirlərin regiona ağalıq etmək istəyinin oduğu bir vaxtda bu birlik nümayişinə çox ehtiyac var. Bu insanlarda, xalqda siyasi partiyalara olan münasibəti də dəyişir. Xalq görür ki, belə çətin vaxtlarda partiyalar özündən çox, dövlətin təhlükəsizliyini, rifahını düşünür və bir yerdədir. Lakin hansısa partiya sədrləri işğaldan azad olunan ərazilərə birgə səfərlərdə iştrak etmir. Bu nə müxalifətçilik deyil, nə də siyasi üstünlük deyil. Bu 2-3 partiya -söhbət AXCP, Müsavat, Milli Şura üzvlərindn gedir, bu partiyalar öz nüfuzlarını itirə- itirə gedirlər. Görünən odur ki, heç kəslə münasibətlərini bərpa etmək istəmirlər. Yalandan cəmiyyətə özünü qəhrəman göstərmək, xalqa yalan danışmaq, yalançı vəd vermək dövrü keçib. İndi başqa dövrdür və yeni münasibətlərin qurulması lazımdır. Radikallıq bizə xeyir gətirməz. Eləcə də bu gün parlamentdə 2-3 partiya var ki, onlar öz fəaliyyəti ilə sübut edirlər ki, mandatı elə-belə cibinə qoyub gəzmir. Onlar bu gün aktual mövzu olan Qazilərin, Şəhid ailələrinin problemlərini, aztəminatlı ailələrin probemərini qaldırırlar. Amma belələri də azdırlar. Düşünürəm ki, proporsional seçki olsaydı, partiyalar rayonlarda da bu işi fəal şəkildə təşkil edib, cəmiyyəti düzgün maarifləndirərdilər. Amma indiki seçki sistemində bu çətindir.

- Hesab edirsiz ki, deputatın nümayəndələri vətəndaşın səsini aidiyyatı yerə çatdıra bilmir?

- Hansısa deputatın, siyasi partiya sədrinin Bakıda oturub bütün regionlardakı insanların problemlərini görə bilib həllinə çalışması çətindir. Heç vətəndaşın özü də buna inanmır. Proporsional seçkidə isə yerlərdə hər partiyanın, deputatın nümayəndəsi yerlərdə olacaq. Onlar qapıları bir-bir gəzib məsələləri yerində görüb, səslərini qaldıracaqlar. Hesab edirəm ki, bölgələr üzrə böyük bələdiyyə şəhərləri yaradılmalıdır və o bələdiyyələr kəndin, şəhərin öz parlamenti kimi fəaliyyət göstərməlidir. Bir neçə ölkədə şəhərlərin öz kiçik parlamentləri olur. Onlar daxili məsələlərə məşğuldurlar. Məsələn, tutaq ki, Avropa Parlamentini götürək, ora ayrı-ayrı dövlətlərin nümayəndələri seçilib. Bu sistem eynilə ölkə daxilində də qurula bilər. Vaxtilə bir Ali Sovetin deputatı var idi, bir də var idi şəhər deputatı. Bu gün böyük şəhərlərlərin öz deputatları var. Məsələn, Moskva şəhərinin öz parlamenti, qanunları var və ona uyğun da hərəkət edirlər. Eləcə də İctimai Şuralarda təmsil olunan QHT-lərin üzvləri azdır və regionlar üzrə demək olar ki, nümayəndələri yoxdur. Ona görə də QHT-lər bu gün nə edə bilir, heç nə. Onun Lənkəranda üzvü yoxdursa, yaxud digər cənub bölgəsində qazla bağlı yaranan problemlər varsa, onu hardan biləcək. Amma siyasi təşkilatların rayonlarda üzvləri var və onların ictimai şuralarda olması bu işin gedişini daha effektli edə bilər. Bütün hallarda şəffaf seçki, rəqabət mühiti olandan sonra cəmiyyət bundan xeyir götürəcək. Ona görə də qeyd etdiyim kimi, regionları əhatə etmək lazımdır. Belə olarsa, artıq orda olan icra nümayəndləri də məcbur olub bizimlə işlyəcəklər. Cəmiyyət bizdən aktivlik tələb edir. Bizə müraciətlər olur. Amma biz sözümüzü hər vasitə ilə çatdırsaq da, Bakıda oturub rayonlardakı problemləri həll edə bilmirik.

- Bu gün iqtidar-müxalifət dialoqu necə davam edir?

- Bizim ALDP olaraq sosial, siyasi, iqtisadi proqramlarımz var. Biz iqtdar nümayəndələri ilə görüşür, məsələləri müzakirə edirik. Getdikcə münasibətlər yaxşılaşır. İşğaldan azad olunmuş rayonlara səfərlərimiz də iqtidar-müxalifət dialoqunun tərkib hissəsidir. Bəzi siyasi partiyalar fikirləşir ki, biz belə səfərlərə gedib iqtidardan ofis istəmişik. Və buna görə də müxtəlif ironiyalar edirlər. Amma özləri də yaxşı bilirlər ki, partiyalara ofis verilməlidir, onun iş şəraiti dövlət tərəfindən təmin etməlidir. 20 ildir biz bunu istəyirdik. Məsələn, Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti üzrə əlaqələr şöbəsinin müdiri Ədalət Vəlievlə görüşəndə bir çox problemləri önə çəkmişəm. Ədalət Vəliyev özü də bildirmişdi ki, bu günə qədər partiyalardan 200-ə qədər şikayət daxil olub və məsələlər həll olunur. Bu yaxşı haldır. Amma bizi tənqid edirlər ki, niyə ofis istəmişik. Partiyalar var ki, qeydiyyata alnmadıqlarına görə uzun illər əziyyət çəkiblər. Bu gün münasibət dəyişib. İqtidar bəzi müxalifət partiyalarını qeydiyyata alıb, bunu da günah bilirlər. Yeni reallqlara, yeni siyasi müstəviyə baxanda bu birliyə ehtiyac var. Unutmayaq ki, birlikdə görülən işlər mütləq öz müsbət həllini tapır. Biz bunu 44 günlük savaşda gördük...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər