ABŞ: Müharibə uzanır, lakin dayanmayacağıq!
Dərc olunub:
6-07-2022, 08:48
Donbasda müharibə daha da uzanacaq.
Bu sözləri Ağ Ev sözçüsü Karin Jan-Pyer deyib.
“Donbasda müharibə davam edə və uzun çəkə bilər. Biz hər iki tərəfdən itki və uğurlar görürük. Bu o demək deyil ki, Rusiya məqsədlərinə çatacaq, Ukrayna isə döyüşü dayandıracaq. Ukraynanı dəstəkləməyə davam edəcəyik, biz böyük həcmdə silah göndərmişik və dayanmayacağıq”, - deyə amerikalı rəsmi bildirib.