Sizin Reklam Burada

Oğulluğu Roza Zərgərlinin yalanını ÜZƏ ÇIXARDI

Oğulluğu Roza Zərgərlinin yalanını ÜZƏ ÇIXARDIMüğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarova ev verilib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, C.Qafarovun evlə təmin olunması sosial mediada birmənalı qarşılanmayıb. Ailəsinin maddi imkanının yüksək olduğu halda, gənc aktyora ev verilməsi təndiqlərə tuş gəlib.

Corc Qafarov yenidən “Instagram”da paylaşım edərək, ev məsələsinə aydınlıq gətirib. O, həm də bu paylaşımı ilə analığı Roza Zərgərlinin yalanını üzə çıxarıb:

“Roza xanım məni rəsmi olaraq övladlığa götürməyib, mənə ev almayıb, bacardığı qədər əlimdən tutub, kömək edib. Mən və qardaşım evimizin olmadığına görə Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik, qurum da mənim və qardaşımın uşaq evində böyüdüyümüzü, dövlətin himayəsində təhsil aldığımızı və valideynimizi itirdiyimizi araşdırdıqdan sonra bizi mənzillə təmin etdi”.

Aktyor onu qınayanlara cavabında bildirib ki, ev sahibi olmaq onların da haqqlarıdır.

Qeyd edək ki, R.Zərgərli dəfələrlə mediaya açıqlamasında Corc Qafarovu övladlığa götürdüyünü və hətta onun üçün mənzil aldığını söyləyib. Lakin Corc bugünkü paylaşımı ilə R.Zərgərlinin yalanlarını ifşa edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinin məlumatına görə, Corc Qafarova 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər