Sizin Reklam Burada

Azər Ayxan istefa verdi - "Yeni Müsavat"dan açıqlama

Azər Ayxan istefa verdi - "Yeni Müsavat"dan açıqlama"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi qrupa daxil olan "Yeni Müsavat" qəzetinin baş redaktoru, əməkdar jurnalist Azər Ayxanın media qrupdan ayrılması barədə bəyanatına reaksiya verib.

Sözügedən media müəssisəsinin baş direktoru Ələsgər Süleymanovun imzası ilə yayılmış açıqlamanı təqdim edirik:

"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizim üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan "Yeni Müsavat"ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır.

Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir.

"Yeni Müsavat" Media Qrupunun kollektivi hələ də ümud edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq".

Qeyd edək ki, Azər Ayxan az öncə sosial şəbəkə hesabından "Yeni Müsavat"ın baş redaktorluğundan istefa verdiyini açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər