Bakıda avtobus qəzası: xəsarət alanlar var - Foto
Dərc olunub:
6-07-2022, 11:17
Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında Çinar Trans MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.
99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman 99 DJ 615 DQN-lı "Toyota Prius" markalı minik avtomobili arxadan avtobusa dəyib. Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
21:48
“İlham Əliyev strateji qərar verdi...” – “Qələbə gününü Bakıda qeyd etmək daha əhəmiyyətlidir”
Son xəbərlər