"Heç kəs unudulmur, heç nə yaddan çıxmır!“ layihəsinin icrası davam edir“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını davam etdirir. Layihə 4 ay müddətinə ( 01.02.22 –cı il tarixdən 01.06.22 –ci il) Ağdam, Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək.

Layihənin məqsədi Ağdam, Bərdə və Tərtər rayonlarından olan şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək üçün təbliğat işini gücləndirməkdi.

Məqsədə çatmaq üçün layihə çərçivəsində əhali arasında, xüsusi ilə gənclərin, yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün tədbirlərin təşkilidir. 14 mart 2022-ci il tarixində Ağdam rayonu, Bənövşələr qəsəbəsində 2 saylı tam orta məktəbdə layihə çərçivəsində tədbir keçirildi. Tədbiri məktəbin drektoru T. Vəliməmmədova açdı və qonaqları təqdim elədi. Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın himni səsləndi .

Layihənin rəhbəri E. Dadaşov layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi. Bu günki tədbirdə iştirak edən bütün şəhid ailələrinə qazilərə və müharibə iştirakçılarına təşəkkür etdi.Bildirdi ki,” Şəhid ailələri və qazilərimizə dövlət tərəfindən diqqət və qayğı yüksək səviyyədədir . Biz də dövlətin siyasətinə uyğun olaraq şəhid ailələri və qazilərlə qürur duyur və həmişə diqqətdə saxlayırıq”

Sonra T. Vəliməmmədova qəhrəman şəhidlərimizin həyat yolundan söhbət açdı. 44 günlük müharibədə qalib gəlməyimizin səbəbkarlarının birliyindən qorxmazlığından danışdı. Bildirdi ki,bu şərəfli işi həyata keçirməklə gənclərdə Dövlət, Millət və Vətən sevgisini artırmaq, gələcək nəslə şəhidlərimizin tanıdılmasına nail oluruq.

Bununla biz şəhidlərin xatirəsinə, ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq.

Şəhid atası Mehman oğlunun necə oxumağından Vətənə məhəbbətindən danışdı. O “indi məni bütün Respublika tanıyır “dedi . Şəhid anası Maya Quliyeva Xalid Hassanla bağlı xatirələrini danışdı və hər kəsin bayramını təbrik etdi. Qazilərimiz döyüş yolundan söhbət açdı. Şəhid bibisi M.Dilarə qardaşı oğlu Orxanla bağlı xatirələrini bölüşdü.

O şəhidlərimizlə qürur duyuruq dedi və şəhid analarına səbr Qazilərə can sağlığı arzuladı . Məktəbin müəllimləri məktəbin məzunu olan şəhidlər və qazilərdən məhəbbətlə danışdı. Şagirdlər Vətən, Şəhidlərimizlə bağlı şerlər söylədilr. Ə.Gülzar mövzunun aktual olduğunu bildirdi . O Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə təşəkkür etdi.
Zelenski Putinin tələblərinə “YOX” dediUkrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin tələblərə cavab verib.

O, tələblərin ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

Zelenski vurğulayıb ki, səsləndirilən tələblər yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.

"Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Biz bunu edə bilmərik. Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək", - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs üçün 6 tələb irəli sürüb. Putin bu tələbləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı səsləndirib.

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkinci tələb Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatlarıdır. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı prosesdir”, - Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Bundan əlavə, Putin Ukraynanın Krımın ilhaqını, Donetsk və Luqansk qondarma “respulika”larını tanımasını tələb edib.
Uşaq bağçasında gizlənən rus hərbçilər məhv edildiUkrayna Silahlı qüvvələrinin hərbçiləri Nikolayev vilayətində Rusiya ordusu tərəfindən işğal edilən kəndi geri qaytarıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

O, ərazidə düşmənə məxsus canlı qüvvə və texnikanın da məhv edildiyini bildirib.

Geraşenkoun sözlərinə görə, ukraynalı hərbçilərin gəldiyi görən “düşmən” (Rusiya hərbçiləri – red.) uşaq bağçasında gizlənməyə çalışıb.
Kadırov Çeçenistandan Ukraynaya yeni döyüşçülər göndərdiÇeçenistanın rəhbəri Ramzan Kadırov yeni bölmələrdən ibarət çeçen döyüşülərin Ukraynaya göndərildiyi əks olunan video nümayiş etdirib.

Kadırov videonu Telegram kanalında yayıb.

"Bu, dövlətinə xidmət etmək istəyənlərin yalnız kiçik bir hissəsidir. Çeçenistan Respublikasından minlərlə könüllü və hüquq-mühafizə orqanlarının əməkdaşı döyüşə tələsir, lakin biz onların arasından ən yaxşı və motivasiyalı əsgərləri seçmişik. Şübhə etmirik ki, onlar öz döyüş tapşırıqlarının öhdəsindən gələcəklər”, – Kadırov bildirib.

Çeçenistan rəhbəri ukraynalı döyüşçüləri növbəti dəfə hədələyib, vulqar ifadələri ilə onları aşağılayıb.
Sizə borcluyuqMart ayının 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetin Xarici Dillər Mərkəzinin baş müəllimi Sevda Ağayevanın təşkilatçılığı ilə Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya ixtisasında təhsil alan ll kurs tələbələri (qrup: TCM 2002B) ll Qarabağ müharibəsində Xocavənd və Ağdam uğrunda gedən görüşlərdə könüllü iştirak edən Qazimiz Anar Aydın oğlu Şükürov və Aprel döyüşlərinin iştirakçısı, ll Qarabağ müharibəsində Fizuli uğrunda gedən döyüşlərdə Vətən uğrunda canından keçən Şəhidimiz baş gizir İntiqam Abbasovun qızı Xədicə İntiqam qızı Abbasova ilə Novruz bayramı münasibətilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Habil Həsənov açmışdır.

Görüşdə Xarici Dillər Mərkəzinin dosenti Svetlana Məmmədova, dos. Qəribə Məmmədova, baş müəllimi Məlahət Səmədova, müəllimi Sarıgül Sadıxova, laborantı Günel Vəliyeva iştirak etmişdir.

Görüşün sonunda tələbələrə hədiyyələr təqdim olunmuşdur və Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Habil Həsənov Xarici Dillər Mərkəzinin baş müəllimi Sevda Ağayevaya belə görüşlər təşkil etdiyinə görə təşəkkürünü bildirmişdir.

Ukrayna Rusiyanın 3 zərbə ordusunu darmadağın etdiGecə ərzində Ukrayna ordusu düşmənə ağır zərbə endirib.

Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Teleqram kanalında qeyd edib.

Düşmənin itkilərindən danışan Arestoviç bildirib ki, Ukrayna ordusu artıq Rusiyanın 11 tank alayını, 34 hərbi maşın alayını, 5 reaktiv yaylış atəş sistemi diviziyasını, 17 artilleriya diviziyasını, 5 təyyarə avialayını və 5 helikopter avialayını məhv edib:

“Bu, bütövlükdə Rusiyanın 3 zərbə ordusu deməkdir. Başqa sözlə, biz Rusiyanın ümumilikdə 10 ordu qüvvələrindən 4-nü - 3 zərbə ordusunu və bir hava ordusunu məhv etmişik”

Arestoviç artıq Rusiya ordusunun Ukraynanın müxtəlif ərazilərinə hücum imkanının olmadığını da təkrarlayıb.
Azərbaycan millisinin sabiq hücumçusu oğluna görə təhdid olunurGürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın "Rubin" klubunun düşərgəsinə qayıtmayacaq.

"Report" "Match TV"yə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı hücumameylli yarımmüdafiəçinin ailəsinin təhdid olunmasıdır.

Gürcülər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üzündən gənc vingerin Kazan təmsilçisində oynamasını istəmir.

Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alan Kvaratsxeliyanın hansı qərarı qəbul edəcəyi hələlik bilinmir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Saakaşvili: Abxaziya və Cənubi Osetiyanı bu yolla Gürcüstana qaytarmaq olarHəbsdə olan keçmiş prezident Mixail Saakaşvili separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin Gürcüstana birləşdirilməsi planından danışıb.

Modern.az xəbər verir ki, bu plana görə ölkədə baş verəcək hakimiyyət dəyişikliyi və növbədənkənar parlament seçkiləri bir il ərzində həmin respublikaların Gürcüstan dövlətinə reinteqrasiyası ilə nəticələnə bilər.

"Gürcüstanda Avropa İttifaqı pasportları olarsa, onlar (Abxaziya və Cənubi Osetiya sakinləri - red.) bütün komplekslərdən qurtulacaq və bu, sülh yolu ilə qayıdış olacaq. Onlar xəritədən yoxa çıxacaqlarından qorxmayacaqlar, yaxud növbəti plan yazda hökumət dəyişikliyi, milli hökumətin təşkili, ilin sonuna qədər növbədənkənar seçkilərin keçirilməsi Abxaziya və Cənubi Osetiyanın Gürcüstana reinteqrasiya edilməsi demək olacaq” - Saakaşvili növbəti məhkəmə iclasında çıxışı zamanı bildirib.

2008-ci il avqustun 26-da Moskva Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıyıb, həmin bölgələrdə öz qoşunlarını yerləşdirib. Rusiya liderləri dəfələrlə bəyan ediblər ki, iki keçmiş Gürcüstan muxtariyyətinin müstəqilliyinin tanınması mövcud reallıqları əks etdirir və ona yenidən baxılmır. Gürcüstan isə Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımır və onları özünün regionları hesab edir.
Hacıqabulda ağır qəza: polis öldü - FotoHacıqabul rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Avrasiya.net xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan şəhər sakini Saməddin Yəhyayev idarə etdiyi "Hunday" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Unikal.org-un yazdığına görə, həkimlərin səyinə baxmayaraq, S.Yəhyayevin həyatını xilas etmək olmayıb. Məlumata görə,o, Şirvan polis şöbəsinin əməkdaşı olub.
Şuşadan, Suqovuşandan səsləndirilən Novruz təbrikləri azadlığımıza verilən böyük dəyərdirNail Cəlil: “Prezident İlham Əliyevin müvafiq çıxışları ərazi bütövlüyümüzün bərpası məsələsində ədalətli gücümüzün təntənəsini təsdiqləyir”

“Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsindən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri və Azərbaycan xalqına bayram təbrikini məhz buradan səsləndirirməsi 44 günlük Vətən müharibəsi dönəmində azad edilmiş torpaqlarımızın, o cümlədən, Suqovuşanın strateji əhəmiyyətini bir daha ortaya qoyur. Azərbaycan Prezidenti Novruz bayramı münasibətilə təbrikində xüsusi vurğulayıb ki, biz bu torpaqlara daimi, əbədi qayıtmışıq. Bu fikir ərazi bütövlüyümüzün bərpası məsələsində ədalətli gücümüzün təntənəsini təsdiqləyir. Suqovuşan adından da bəlli olduğu kimi, çayların qovuşduğu, geniş su ehtiyatlarının cəmləşdiyi bir məkan olmaqla Qarabağ iqtisadi rayonu üçün həyati əhəmiyyət kəsb edir. Digər tərəfdən, azad edilmiş torpaqlarımızda yenidən abadlaşan bu qəsəbənin hərbi-strateji önəmi də böyükdür”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə özəl açıqlamasında Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikinin əsas məqamlarını şərh edən tanınmış politoloq Nail Cəlil səsləndirib. Politoloq qeyd edib ki, Suqovuşanın azad edilməsi Tərtərdə və Qarabağın böyük hissəsində su ehtiyatlarının artırılması, təsərrüfatın inkişaf etdirilməsinə əlverişli zəmin yaradılması baxımından mühüm sosial-tarixi hadisədir:

“Müharibə dövründə azad edilmiş Suqovuşandan verilən ilk reportajlar Azərbaycan böyük qələbəyə olan inamını daha da möhkəmləndirirdi. Bölgənin gözəl təbiət mənzərəsi göstərir ki, qəsəbə turizm sektoru üçün də çox əlverişli, cəlbedicidir. Xatırladaq ki, o zaman Prezident İlham Əliyev Suqovuşanın azad edilməsi ilə bağlı Azərbaycan xalqını xüsusi təbrik edərək, bu tarixi uğurun daha böyük qələbələrə yol açacağını söyləmişdi. Bu gün azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda vüsət alan böyük quruculuq işləri, təhlükəsizliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün qorunması istiqamətində görülən tədbirlər həmin fikrin əməli isbatıdır”.

Siyasi ekspert belə bir məqama diqqəti çəkib ki, bu, qələbədən sonra dövlət başçısının Suqovuşana ilk səfəri və çıxışıdır: “Artıq ikinci ildir ki, Prezident İlham Əliyev Novruz təbriklərini xalqa məhz azad edilmiş ərazilərimizdən çatdırır. Bunun özü çox əlamətdar hadisədir, tariximizə, keçmişimizə, bu günümüzə, azadlığımıza verilən böyük dəyərdir. Keçən il biz Prezidentin Novruz təbrikini Şuşadan izləmişdik, bu il isə artıq Suqovuşandan dinləyirik. Hər iki müraciət bir-biri ilə məntiqi, üzvi şəkildə bağlıdır və bütövlükdə Azərbaycanın, azad edilmiş torpaqlarımızın firavan gələcəyi, təhlükəsizliyi, inkişafı ilə bağlı əsas hədəfləri özündə əks etdirir. Bu, həm də ümummilli lider Heydər Əliyevin vaxtilə Novruz bayramı münasibətilə etdiyi çıxışlarda qarşıya qoyduğu hədəflərə çatmaq deməkdir. Çünki o hər zaman Şuşaya, Laçına, Kəlbəcərə və digər ərazilərimizə qayıdacağımızı, bu ərazilərdə Novruz bayramını keçirəcəyimizə əmin olduğunu bildirirdi. Bu mənada, Prezident İlham Əliyevin ümummilli liderin ideyalarını, arzularını bilavasitə gerçəkləşdirir. Novruz bayramının işğaldan azad olunmuş ərazilərimizdə yenidən dirçəldilməsi, xüsusi keçirilməsi buna sübutdur”.