Sizin Reklam Burada

Rusiya Ukraynanın növbəti itkilərini AÇIQLADI

Rusiya Ukraynanın növbəti itkilərini AÇIQLADI"Ötən gecə ərzində operativ-taktiki və hərbi aviasiya Ukraynanın 44 hərbi obyektinə zərbələr endirib".

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Onların arasında dörd komanda məntəqəsi, Nalivaykovka və Zoloçeva yaşayış məntəqələri ərazilərində iki reaktiv yaylım atəşi sistemi qurğusu, altı Buk M-1 zenit-raket kompleksi, aviasiya-raket kompleksləri, Vışqorod vilayətində üç “Msta-B” artilleriya qurğusu, dörd raket və artilleriya silahı və sursat anbarı, həmçinin hərbi texnikanın toplandığı 23 yer var.

Rusiyanın hava hücumundan müdafiə sistemləri Çernobaevka və Tsirkuni yaşayış məntəqələri üzərində havada daha iki Ukrayna pilotsuz uçuş aparatını vurub. Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynanın 216 pilotsuz uçuş aparatı, 180 zenit-raket kompleksi, 1506 tank və digər zirehli döyüş texnikası, 152 reaktiv yaylım atəşi sistemi, 592 səhra artilleriya qurğusu və minaatan, 1284 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər