"Heç kəs unudulmur, heç nə yaddan çıxmır!“ layihəsinin icrası davam edir
“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını davam etdirir. Layihə 4 ay müddətinə ( 01.02.22 –cı il tarixdən 01.06.22 –ci il) Ağdam, Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək.
Layihənin məqsədi Ağdam, Bərdə və Tərtər rayonlarından olan şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək üçün təbliğat işini gücləndirməkdi.
Məqsədə çatmaq üçün layihə çərçivəsində əhali arasında, xüsusi ilə gənclərin, yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün tədbirlərin təşkilidir. 14 mart 2022-ci il tarixində Ağdam rayonu, Bənövşələr qəsəbəsində 2 saylı tam orta məktəbdə layihə çərçivəsində tədbir keçirildi. Tədbiri məktəbin drektoru T. Vəliməmmədova açdı və qonaqları təqdim elədi. Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın himni səsləndi .
Layihənin rəhbəri E. Dadaşov layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi. Bu günki tədbirdə iştirak edən bütün şəhid ailələrinə qazilərə və müharibə iştirakçılarına təşəkkür etdi.Bildirdi ki,” Şəhid ailələri və qazilərimizə dövlət tərəfindən diqqət və qayğı yüksək səviyyədədir . Biz də dövlətin siyasətinə uyğun olaraq şəhid ailələri və qazilərlə qürur duyur və həmişə diqqətdə saxlayırıq”
Sonra T. Vəliməmmədova qəhrəman şəhidlərimizin həyat yolundan söhbət açdı. 44 günlük müharibədə qalib gəlməyimizin səbəbkarlarının birliyindən qorxmazlığından danışdı. Bildirdi ki,bu şərəfli işi həyata keçirməklə gənclərdə Dövlət, Millət və Vətən sevgisini artırmaq, gələcək nəslə şəhidlərimizin tanıdılmasına nail oluruq.
Bununla biz şəhidlərin xatirəsinə, ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq.
Şəhid atası Mehman oğlunun necə oxumağından Vətənə məhəbbətindən danışdı. O “indi məni bütün Respublika tanıyır “dedi . Şəhid anası Maya Quliyeva Xalid Hassanla bağlı xatirələrini danışdı və hər kəsin bayramını təbrik etdi. Qazilərimiz döyüş yolundan söhbət açdı. Şəhid bibisi M.Dilarə qardaşı oğlu Orxanla bağlı xatirələrini bölüşdü.
O şəhidlərimizlə qürur duyuruq dedi və şəhid analarına səbr Qazilərə can sağlığı arzuladı . Məktəbin müəllimləri məktəbin məzunu olan şəhidlər və qazilərdən məhəbbətlə danışdı. Şagirdlər Vətən, Şəhidlərimizlə bağlı şerlər söylədilr. Ə.Gülzar mövzunun aktual olduğunu bildirdi . O Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə təşəkkür etdi.