Ukrayna-Rusiya danışıqları bu tarixdə bərpa olunacaq
Dərc olunub:
21-03-2022, 01:00
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar martın 21-də bərpa oluna bilər.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç məlumat verib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb. Müharibənin başlamasından sonra tərəflər arasında bir neçə dəfə danışıqlar aparılıb. İlk danışıqlar Belarusda üzbəüz baş tutub, daha sonra onlayn formada davam edib.