Sizin Reklam Burada

Gəncədə zorlanan azyaşlı qızdan xəbər var

Gəncədə zorlanan azyaşlı qızdan xəbər varGəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciət daxil olduqdan sonra Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb.

Ombudsman Aparatından Avrasiya.net-ə verilən xəbərə görə, yeniyetmənin ailə üzvləri qızın müalicəsinin Bakıda davam etdirilməsi üçün yenidən müraciət ediblər. Hazırda, zərərçəkmişin müalicəsi Bakıda davam etdirilir. Aparatın əməkdaşları yeniyetmənin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumunu nəzarətdə saxlayırlar. Ombudsman Aparatının nümayəndəsi bu barədə belə deyib:

“Ailə ilə əlaqə saxladıq. Anası Ə.P-nın sözlərinə görə, Ə.G 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir”. Ana bildirib ki, Gəncədə olanda qızının psixoloji vəziyyəti daha da gərginləşib. Onun sözlərinə görə, övladının vəziyyəti günü-gündən ağırlaşıb.

Ana qızının reanimasiyadan nə vaxt çıxacağını bilmir. O bu barədə istəklərini dilə gətirib: “İstərdim ki, burada müalicəsi bitdikdən sonra qızım psixoloji xəstəxanada da müalicə alsın. Başına gələnlərdən sonra ruhi vəziyyəti daha da pisləşib”.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılır və zəruri dəstək göstəriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər