Sizin Reklam Burada

"Rusiya keçmiş sovet respublikalarının müstəqilliyini ləğv etmək niyyətini gizlətmir"

"Rusiya keçmiş sovet respublikalarının müstəqilliyini ləğv etmək niyyətini gizlətmir"Vasif Əfəndi
Politoloq

Putin o qədər güclənib ki, ya Rus imperiyasının yenidən bərpa edəcəyinə əmindir, ya da milliyətçi şovinist bataqlığına düşərək konkret olaraq ağlını tamam itirib. Hər iki halda Rusiya keçmiş sovet respublikalarının müstəqilliyini ləğv etmək niyyətini gizlətmir və planlı şəkildə addım-addım irəliləyir. Prosesi ilk olaraq federasiyanın daxilində həyata keçirtdi. İçkeriyanı yenidən işğal etdikdən sonra federasiyanın tabeçiliyində olan muxtar respublika və vilayətlərin səlahiyyətləri təsiredici şəkildə azaldılaraq səlahiyyətlər qubərnatorlara verildi. Tatarstanın latın əlifbasına keçidinə qarşı ciddi təpki göstərdi. Abxaziya, Osetiya, Dnestryani respublika, "ДНР," "ЛНР" , Krımdakı təcavüzkar hərəkətləri inkişaf etdirərək həyasızcasına Ukraynaya saldırdı. Hal hazırda heç bir kompromis addımla Putini cızdığı plandan çəkindirmək mümkün deyil..

Ölkədə bir rus yaşasa belə 100 bəhanə tapıb saldıra bilər. Onun qarşısını yalnız real güc ala bilər. Ona görə də müstəqilliyimizə qarşı bir təhdid olduğundan çıxış edərək gələcəyimizi düşünməliyik. Tarixin bizim üçün ən çətin anlarında yanımızda olan Turkiyə ilə daha sıx münasibətlər qurmaq üçün aktiv fəaliyyətə keçməliyik. Hesab edirəm indiki vəziyyətdə çıxış yolu Türkiyə ilə konfederativ dövlət qurmaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər