Əsir götürülən rus hərbçilərinin sayı açıqlandıHazırda əsir götürülmüş 562 rus hərbçisi Ukraynadadır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, bütün hərbi əsirlərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılır.

“Hazırda bizdə rəsmi olaraq Rusiya Federasiyasının 562 hərbi əsiri var”, - o, TSN telekanalına müsahibəsində deyib.
Putinin atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi...Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. İ. Kalın əlavə edib kli, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb:

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı proses, yəni Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılması. Davam edən danışıqların ilk dörd maddəsi üzrə müəyyən irəliləyişin əldə edildiyi güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Kalın bildirib.

O əlavə edib ki, Putin ən çətin məsələ olan daha iki tələb irəli sürüb - Kiyevin Krımın ilhaqını və iki qondarma “respulika”ları tanımasıdır. Kalın qeyd edib ki, bu son iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir:

“Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr rəhbərlər səviyyəsində müzakirələr ola bilər. Danışıqlar aparılarsa, bu, razılaşma və müharibəyə son qoymaq üçün bir fürsət ola bilər”.
BAXCP sədrindən bayram təbrikiBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

BAXCP sədrinin bayram təbriki ilə bağlı müraciətində deyilir:

Əziz həmvətənlər,

Sizi Novruz bayramı münasibətilə təbrik edirəm.
Milli adət-ənənələrimizin, xalqımızın folklor və etnoqrafiya elementlərinin böyük bir hissəsini özündə cəmləşdirən, xalqımızın fəlsəfi dünyagörüşünün, Tanrıya, kainata, təbiətə, isanlara bütöv münasibətinin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də bir sıra Şərq xalqlarının deyil, bütövlükdə bəşəriyyətin ən mükkəmməl və ən qədim bayramıdır. Dünya xalqlarında Novruz qədər təbiətlə həmahəng olan, bəşəriyyətin yarandığı gündən bəri onun suya, küləyə, oda, torpağa olan əzəli münasibətini əks etdirən, insana təbiətin bir parçası olduğunu xatırladan ikinci bir bayram yoxdur. Bütün bunlar isə xalqımızın nə qədər qədim və böyük tarixə, mədəniyyətə, dünyagörüşünə sahib olmasının bariz nümunəsidir. Azərbaycan xalqı qədim olduğu qədər də gəncdir, müasirdir, daim yeniləşməyi bacarandır. Bu amil özünü tarixin bütün dövrlərində, milli adət-ənənələrimizdə, inanclarımızda, təfəkkürümüzdə, məişətimizdə də büruzə verib.
Əziz həmvətənlər,

Geridə qalan 2 il ərzində hər birimizin və təbii ki, ayrılmaz parçası olduğumuz Vətənimizin, bütövlükdə isə bütün bəşəriyyətin həyatında gələcəyimizin, sabahımızın mənzərəsini müəyyənləşdirən çoxsaylı dəyişikliklər baş verib. COVİD-19 pandemiyasının gətirdiyi məhdudiyyətlərdən, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin qarışıq duyğularından – kədərdən, ağrıdan, sevinc və qürurdan keçmişik.

Bərqərar etdiyimiz tarixi ədalətə qarşı, az qala bütün dünyanı yanına alaraq savaş açan şərin qarşısında səbrimizlə, əzmimizlə duruş gətirməyi, bir zamanlar bizə əlçatmaz görünən maneələri aşmağı bacarmışıq. Şübhə etmirəm ki, bizi tarixin bütün sınaqlarından üzüağ çıxaran milli birliyimiz, Vətənə təmənnasız sevgimiz və sədaqətimiz, sarsılmaz iradəmiz sayəsində qarşımızdakı bütün maneələri aşacaq, üçrəngli müqəddəs bayrağımızı ana südü kimi halalımız olan Xankəndi də daxil bütün yurd yerlərmizin ən uca zirvələrində dalğalandıracağıq.

Bayramınız mübarək, əziz həmvətənlər! Süfrəniz ruzi-bərəkətli, ocağınız isti, eviniz abad, işiniz avand, canınız sağ olsun! Tanrı Azərbaycanı qorusun!”
Gənclər təşkilatı maarifləndirici tədbirlərini davam etdirir“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 18 mart 2022- ci il tarixində “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihəsini Salyan rayonunda davam etdirib.

Rayon tarix- diyarşunaslıq muzeyində keçirilən tədbirdə rayon gəncləri və məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbiri Salyan rayon İH – in nümayəndəsi Sevinc Səmədova açaraq iştirakçıları salamladı və narkomaniyanın cəmiyyətə gətirdiyi bəlalardan danışdı. Layihənin təlimçisi Sadiq Həsənov qeyd etdi ki, son dövrlər ölkəmizdə gənclər və xüsusilə yeniyetmələr arasında zərərli vərdişlərə meyl artmaqdadır. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ ağ ölümdür”.

Salyan rayon xəstəxanasının narkoloq həkimi Seymur Sayılov narkomaniyanın çox ciddi bir bəla olduğunu, bu bəladan qurtarmağın çox çətin olduğunu qeyd etdi. Bir həkim kimi qeyd edim ki, bunun ən yaxşı müalicəsi bu vərdişə ailudə olmamaqdır.

Salyan RPŞ – in nümayəndəsi polis kapitanı Amin Pzayev qeyd etdi ki, dövlət əhali arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin görülən tədbirlərə baxmayaraq narkomaniya ildən- ilə cavanlaşır. Hətta bunlar arasında azyaşlılara da rast gəlmək olur.
Yazıçılar birliyinin Muğan bölməsinin sədri Nəbi ibrahimov narkomaniyanın qarçısının alınmasında maarifləndirmənin böyük rolu olduğunu qeyd etdi.

O gənclərimizə asudə vaxtlarından səmərəli istifadə etməyi və əsasən kitab oxumağı, idmanla məşğul olmağı tövsüyə etdi. Rayon ağsaqqallar surasının sədr müavini Məmməd Ağayev gənclərə narkomaniyadan uzaq olmağı, daim rayonun ictimai işlərində fəal olmağı məsləhət etdi. Sonda bu ziyalılar iştirakçıların bu mövzu ətrafındakı suallarına çavablandırdılar.
Ukraynada hərbi baza vuruldu - 80 əsgər öldüRusiya ordusunun Nikolayev şəhərində yerləşən hərbi bazaya raket hücumu nəticəsində azı 80 əsgər həlak olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücuma məruz qalan hərbi baza tamamilə dağılıb. Dağıntılar altında çoxli sayda əsgərin qaldığı bildirilir.

Nikolayev şəhərinin meri Oleksandır Senkeviç raketlərin yaxınlıqdakı Xersondan atıldığını qeyd edib. Ukrayna ordusu hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
Etibar Məmmədov oğluna dəbdəbəli toy edirMilli İstiqlal Partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədov oğluna toy edir.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, Ayxan Məmmədovun toyu bu gün məşhur “JW Marriott Hotel Absheron”da keçiriləcək.

Qeyd edək ki, A.Məmmədov AMİP Gənclər Təşkilatının sədridir.
İctimai TV-nin Baş direktoru Yayım Şurasına hesabat verdiMartın 18-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə Şirkətin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi və ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması nəzərdə tutulub.

Sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov hesabat dövründə görülmüş işlər barədə məlumat verərək bildirib ki, ötən müddətdə İctimai Televiziya verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı, Cənubi Qafqazda ilk dəfə texnoloji yeniliklərin tətbiqinə nail olub. Bir sıra verilişlər virtual studiyadan yayımlanmağa başlayıb. Yeni studiya dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. Verilişlərin dekorasiyaları “Unreal engine” proqramları vasitəsilə gerçəkləşir ki, bu proqramlar verilişlərdə yeni zənginləşdirilmiş, virtual görüntülər, reallıqlar yaradır.

Baş direktor deyib ki, İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, lisenziyalı layihələrin sayı artıb. Məqsəd müasir televiziya verilişlərinin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarına xidmət etməkdir. Verilişlərində həyatın müxtəlif sahələrinə dair aktual məsələlərin ictimai yayım xidmətinin operativ, tərəfsiz, qərəzsiz, plüralizm, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmə prinsiplərinə uyğun müasir formatda müzakirəsinə, doğru məzmunlu, tarazlaşdırılmış informasiyaların təqdimatına xüsusi önəm verən İctimai TV proqramlarını daim müasir keyfiyyət və texniki standartlara uyğun yayımlamağa çalışır.

İclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında ayrıntılı müzakirələr aparılıb. Yayımlanmış məzmunların ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub, baxış sayına görə aylıq hesabatlarda daim ilk yerləri tutması xüsusi qeyd edilib.

Həmçinin bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan seriallar da təqdim edir.

Baş direktor İctimai teleradionun texniki imkanları, yerləşdiyi binanın təmir-tikinti işləri, yeni studiyaları haqqında da danışıb. Qeyd edilib ki, İctimai TV-nin köhnəlmiş binasının bir hissəsi artıq müasir formada təmir olunaraq istifadəyə verilib. Burada yaradılan şərait əməkdaşlara öz vəzifələrini rahat və tələb olunan müasir səviyyədə icra etməyə imkan verir.

Toplantıda Baş direktorun 2021-ci il üçün maliyyə hesabatı da dinlənilib.

Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev İctimai Teleradioda həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər.

Toplantıda 2022-ci ilə nəzərdə tutulan planlar, İctimai TV tərəfindən lisenziyası alınmış layihələr, xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər haqqında fikir mübadiləsi də aparılıb.

İclasda həmçinin Şirkətin ştat cədvəlində dəyişiklik edilməsi məsələsinə baxılıb və iş əmsalının daha da yüksəldilməsi məqsədilə müvafiq qərar qəbul olunub.
MHP sədrindən Novruz təbrikiMilli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

MHP mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:

"Əziz soydaşlar!

Bir neçə gündür davam edən gecikmiş qış havasından sonra bu gün qismən də olsa ilıq yaz havasını və Novruz bayramının xoş aurasını hiss etdik. Novruz bayramı xalqımızın qədim tarixlərdən miras qalan milli-mədəni sərvətləri arasında həqiqətən də özünəməxsus layiqli yer tutur. Bir sıra başqa bayramlarımız kimi Novruz bayramı da tarixin sınaqlarından, keşməkeşlərindən keçib gəlmiş, oturuşmuş əsas dəyərlərimizdən biri sayılır.

Bu bayram hər bir azərbaycanlı üçün əzizdir. Dövlət başçımızdan tutmuş ən ucqar dağ kəndlərindəki soydaşlarımıza qədər bütün azərbaycanlılar hər il bu bayramı xüsusi coşqu ilə, sevgi ilə qeyd edirlər. 44 günlük müharibədəki tarixi Zəfərimizin ikinci ilində bu bayram həm də mədəniyyət paytaxtımız Şuşada təntənə ilə qeyd ediləcək.

Mən ulu əcdadlarımızın bizə miras qoyub getdikləri bu əziz bayram münasibətilə həm Prezident İlham Əliyevi, həm də bütün xalqımızı, bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, həmçinin qazilərimizə və ölkəmizin keşiyində dayanan əsgər və zabitlərimizə öz təbriklərimi yetirirəm.

Bizim xalqımız güclü, dəyanətli və müdrik xalqdır. Tarixin bir çox keşməkeşlərinə sinə gərmiş bu xalq bundan sonra hər zaman dinc və firavan həyat sürməyə, böyük Zəfərlərə imza atmağa və bayram ovqatı ilə yaşamağa layiq xalqdır.

Qoy, bu əziz bayram hər bir soydaşımızın evinə, ocağına bol istilik, hüzur, sevinc, ruzi-bərəkət, xoşbəxtlik və firavanlıq gətirsin. Bahar əhval-ruhiyyəsi , yaz fəslinin xeyir-bərəkəti heç bir evdən əskik olmasın.

Bir daha hər birinizi milli həmrəylik rəmzlərimizdən biri olan bu əziz bayram münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm. Həmişə bayram sevinci yaşayın, əziz soydaşlar! Novruz bayramınız mübarək olsun!"

Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
5 il əvvəl qətlə yetirilən qadının atası saxlanıldıAğsuda 5 il əvvəl qadını qətilə yetirən şəxsin atası və tanışı tutulub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.

Xatırladaq ki, martın 18-də Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda A.Qəhrəmanovanın qətlinə görə Asif Manafovun şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdi.
ABŞ-dan bircə zəng müharibəni bitirəcək - LukaşenkoUkraynadakı vəziyyəti Qərbin və ABŞ-ın Kiyevdə oturan nümayəndələri idarə edir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Kobud desək, Zelenskinin masasında iki telefon var, biri Co Baydenlə, digəri isə Boris Consonla danışmaq üçündür. Müharibəni başa çatdırmaq üçün BMT, ABŞ, Qərb tərəfdən Ukrayna rəhbərliyinə bircə zəng lazımdır. Müharibənin başa çatması üçün bircə güclü zəng və axşama müharibə başa çatacaq”, - Lukaşenko bildirib.