Sizin Reklam Burada

Jdanov: Rusiya əsgərləri Kiyev meşələrində gizlənir

Jdanov: Rusiya əsgərləri Kiyev meşələrində gizlənirUkrayna ordusu Rusiya silahlı qüvvələri qarşısında böyük üstünlüyə malikdir. Rusiyanın nə qoşun ehtiyatı var, nə də yeni ehtiyat toplamaq üçün vaxtı, ümumi səfərbərlik də kömək etməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi yalnız Rusiya ordusunun fərq qoymadan dinc əhaliyə atəş açmasından narahatdır.

“Rusiya ordusu layiqli müharibə aparsaydı, dinc insanları azad edib Ukrayna silahlı qüvvələrinə qarşı döyüşərdi. Dünən Rusiya hərbçilərinin eyni anda bir neçə istiqamətdə zərbə alması xəbəri gəldi. Rusiya silahlı qüvvələrinin 150-ci motoatıcı diviziyasının komandiri həlak olub. Yeri gəlmişkən, bu, 2019-cu ildə yaradılan ən yeni bölmədir”, - ekspert qeyd edib.

Hərbi ekspertin sözlərinə görə, Rusiya Ukrayna ordusunun müqavimət göstərməyəcəyinə ümid edirdi:

“Onlar elə bilirdilər ki, Ukraynanın mövqeləri üzərindən keçəcəklər. Bu əməliyyat tamam məsuliyyətsiz, avantürist şəkildə planlaşdırılıb. Onların heç bir kəşfiyyat məlumatı yox idi. 8 il ərzində Ukrayna silahlı qüvvələri hər il 10 dəfə NATO ilə birgə hərbi təlimlər keçirib və Kreml ukraynalıların öz torpaqları uğrunda döyüşməyəcəyini düşünürdü. Məhz bu səbəbdən Rusiya hərbçiləri bu gün qaçmağa və Kiyev yaxınlığındakı meşələrdə gizlənməyə məcburdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər