Gəncədə beş yaşlı qız yanaraq ÖLDÜ
Dərc olunub:
19-03-2022, 01:30
Gəncədə beş yaşlı uşaq yanıq xəsarətindən ölüb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Əlizadə Elnarə Elçin qızı üzərinə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb.
Uşaq hadisədən bir gün sonra Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.