Alen Delon evtanaziyaya hazırlaşır: bu cür öldürüləcək

Alen Delon evtanaziyaya hazırlaşır: bu cür öldürüləcəkMəşhur aktyor Alen Delon evtanaziyaya hazırlaşır.

Kult.az xəbər verir ki, bunu aktyorun oğlu Entoni Delon atasının necə öləcəyini planlaşdırmasından danışarkən deyib.

O bildirilib ki, 86 yaşlı aktyor artıq bu prosedurun qadağan olunmadığı İsveçrəyə köçüb. Aktyor böyük oğluna son səfərinə necə kömək edəcəyi ilə bağlı göstərişlər verib.

Bundan əlavə, məşhur sənətçi artıq vəsiyyət edib ki, varisləri mülk üstündə dava etməsinlər.

Qeyd edək ki, Alen Delon bir neçə il əvvəl iki dəfə insult keçirdikdən sonra evtanaziya haqqında düşünüb. O vaxtdan bəri tənha yaşayır.