Rusiya bütün istiqamətlərdə hücumları dayandırdı

Rusiya bütün istiqamətlərdə hücumları dayandırdıAmerika kəşfiyyatı Rusiya qoşunlarının Ukraynada bütün istiqamətlərdə hücumu dayandırdığını müşahidə edir.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan yüksək çinli məmuru BBC-yə açıqlamasında deyib.

O bildirib ki, rus silahlılarının Kiyevə şimal, şimal-qərb, eləcə də 30 km aralıda yerləşdikləri şərq istiqamətindən irəliləyişi qeydə alınmır.

Pentaqon nümayəndəsinin sözlərinə görə, müdafiə xəttini yarmaq cəhdlərinə baxmayaraq, rus hərbçilərinin Xarkova yaxınlaşmasını müşahidə etmirlər, Çerniqov və Mariupol mühasirədə qalsa da, ukraynalıların şiddətli müqaviməti rus qoşunlarının işğalının qarşısını alır.

Amerika rəsmisi qeyd edib ki, Rusiyanın aerodromlara raket zərbələrinin artırılmasına baxmayaraq, Ukrayna öz təyyarələrinin əksəriyyətini döyüşə hazır vəziyyətdə saxlayır. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri Rusiya qırıcılarını və raketlərini vurmağa davam edir. Ona görə də Ukrayna üzərindəki hava məkanı tam olaraq rusların nəzarətində deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər