Gənclərə şəhidlərin qəhrəmanlıqları aşılanıb
“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını davam etdirir. 18 mart 2022-ci il tarixində Ağdam rayonu, Mirəşəlli kəndində Azər Kərimov adına Bənövşələr kənd tam orta məktəbində layihə çərçivəsində tədbir keçirildi.
Tədbiri məktəbin drektoru Sevda xanım İbrahimova açdı və qonaqları təqdim elədi. Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın himni səsləndi .
Layihənin rəhbəri E. Dadaşov layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi. Bu günki tədbirdə iştirak edən bütün şəhid ailələrinə qazilərə və müharibə iştirakçılarına təşəkkür etdi.
Sonra Sevda xanım qəhrəman şəhidlərimizin həyat yolundan söhbət açdı. 44 günlük müharibədə qalib gəlməyimizin səbəbkarlarının birliyindən qorxmazlığından danışdı.
Bildirdi ki, məktəb şagirdlərindən Qarabağ müharibəsində 12 şəhidimiz var. Bunlardan 11 nəfər 1-ci Qarabağ müharibəsində şəhid olub. Bir nəfər isə 44 günlük Vətən müharibəsi şəhididir. Hər biri bizim üçün çox əzizdir. Bu layihələri həyata keçirməklə gənclərdə Dövlət, Millət və Vətən sevgisini artırmaq, gələcək nəslə şəhidlərimizin tanıdılmasına nail olmaqdır.
Bununla biz şəhidlərin xatirəsinə, ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq. Şəhid atası Vaqif oğlunun ,şəhid qardaşı Səlim qardaşının Vətənə məhəbbətindən danışdılar. Onlar “ şəhidlərimizlə fəxr edrik, Vətən sağ olsun"dedilər .
Tədbirdə şəhid ailələri , qazilər və məktəblilər iştirak edirdi. Qazi Allahverən Quliyev ,müharibə veteranı Mehman Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində xalqımızın yumruq kimi birləşərək 30 illik müharibəyə son qoymasından danışdılar. Uşaqlara Vətəni sevməyi ,onu göz bəbəyi kimi qorumağı və yaxşı təhsil almalarını tövsiyyə etdilər. Məktəbin müəllimləri Qarabağ müharibəsində şəhid olmuş şagirdləri haqda xatirələrini bölüşdülər .
Şagirdlər Vətən, Şəhidlərimizlə bağlı şerlər söylədilr. Məktəbin drektoru Sevda xanım İbrahimova mövzunun aktual olduğunu bildirdi və Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə təşəkkür etdi.