Gənclər təşkilatı maarifləndirici tədbirlərini davam etdirir
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 18 mart 2022- ci il tarixində “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihəsini Salyan rayonunda davam etdirib.
Rayon tarix- diyarşunaslıq muzeyində keçirilən tədbirdə rayon gəncləri və məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbiri Salyan rayon İH – in nümayəndəsi Sevinc Səmədova açaraq iştirakçıları salamladı və narkomaniyanın cəmiyyətə gətirdiyi bəlalardan danışdı. Layihənin təlimçisi Sadiq Həsənov qeyd etdi ki, son dövrlər ölkəmizdə gənclər və xüsusilə yeniyetmələr arasında zərərli vərdişlərə meyl artmaqdadır. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ ağ ölümdür”.
Salyan rayon xəstəxanasının narkoloq həkimi Seymur Sayılov narkomaniyanın çox ciddi bir bəla olduğunu, bu bəladan qurtarmağın çox çətin olduğunu qeyd etdi. Bir həkim kimi qeyd edim ki, bunun ən yaxşı müalicəsi bu vərdişə ailudə olmamaqdır.
Salyan RPŞ – in nümayəndəsi polis kapitanı Amin Pzayev qeyd etdi ki, dövlət əhali arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin görülən tədbirlərə baxmayaraq narkomaniya ildən- ilə cavanlaşır. Hətta bunlar arasında azyaşlılara da rast gəlmək olur.
Yazıçılar birliyinin Muğan bölməsinin sədri Nəbi ibrahimov narkomaniyanın qarçısının alınmasında maarifləndirmənin böyük rolu olduğunu qeyd etdi.
O gənclərimizə asudə vaxtlarından səmərəli istifadə etməyi və əsasən kitab oxumağı, idmanla məşğul olmağı tövsüyə etdi. Rayon ağsaqqallar surasının sədr müavini Məmməd Ağayev gənclərə narkomaniyadan uzaq olmağı, daim rayonun ictimai işlərində fəal olmağı məsləhət etdi. Sonda bu ziyalılar iştirakçıların bu mövzu ətrafındakı suallarına çavablandırdılar.