İran Türkiyə vətəndaşını edam edəcək
Dərc olunub:
19-03-2022, 14:07
İran məhkəməsi Türkiyə vətəndaşını edam cəzasına məhkum edib.
Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat paylaşıb.
Bildirilib ki, Qərbi Azərbaycan vilayətinin Urmiya həbsxanasında saxlanılan Türkiyə vətəndaşı Hatəm Özdəmir haqda ölüm cəzası qərarını Xoy şəhərinin İnqilab Məhkəməsi çıxarıb.
Özdəmir İranın islam quruluşuna qarşı silahlı üsyanda ittiham edilir.