Sizin Reklam Burada

BAXCP sədrindən bayram təbriki

BAXCP sədrindən bayram təbrikiBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

BAXCP sədrinin bayram təbriki ilə bağlı müraciətində deyilir:

Əziz həmvətənlər,

Sizi Novruz bayramı münasibətilə təbrik edirəm.
Milli adət-ənənələrimizin, xalqımızın folklor və etnoqrafiya elementlərinin böyük bir hissəsini özündə cəmləşdirən, xalqımızın fəlsəfi dünyagörüşünün, Tanrıya, kainata, təbiətə, isanlara bütöv münasibətinin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də bir sıra Şərq xalqlarının deyil, bütövlükdə bəşəriyyətin ən mükkəmməl və ən qədim bayramıdır. Dünya xalqlarında Novruz qədər təbiətlə həmahəng olan, bəşəriyyətin yarandığı gündən bəri onun suya, küləyə, oda, torpağa olan əzəli münasibətini əks etdirən, insana təbiətin bir parçası olduğunu xatırladan ikinci bir bayram yoxdur. Bütün bunlar isə xalqımızın nə qədər qədim və böyük tarixə, mədəniyyətə, dünyagörüşünə sahib olmasının bariz nümunəsidir. Azərbaycan xalqı qədim olduğu qədər də gəncdir, müasirdir, daim yeniləşməyi bacarandır. Bu amil özünü tarixin bütün dövrlərində, milli adət-ənənələrimizdə, inanclarımızda, təfəkkürümüzdə, məişətimizdə də büruzə verib.
Əziz həmvətənlər,

Geridə qalan 2 il ərzində hər birimizin və təbii ki, ayrılmaz parçası olduğumuz Vətənimizin, bütövlükdə isə bütün bəşəriyyətin həyatında gələcəyimizin, sabahımızın mənzərəsini müəyyənləşdirən çoxsaylı dəyişikliklər baş verib. COVİD-19 pandemiyasının gətirdiyi məhdudiyyətlərdən, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin qarışıq duyğularından – kədərdən, ağrıdan, sevinc və qürurdan keçmişik.

Bərqərar etdiyimiz tarixi ədalətə qarşı, az qala bütün dünyanı yanına alaraq savaş açan şərin qarşısında səbrimizlə, əzmimizlə duruş gətirməyi, bir zamanlar bizə əlçatmaz görünən maneələri aşmağı bacarmışıq. Şübhə etmirəm ki, bizi tarixin bütün sınaqlarından üzüağ çıxaran milli birliyimiz, Vətənə təmənnasız sevgimiz və sədaqətimiz, sarsılmaz iradəmiz sayəsində qarşımızdakı bütün maneələri aşacaq, üçrəngli müqəddəs bayrağımızı ana südü kimi halalımız olan Xankəndi də daxil bütün yurd yerlərmizin ən uca zirvələrində dalğalandıracağıq.

Bayramınız mübarək, əziz həmvətənlər! Süfrəniz ruzi-bərəkətli, ocağınız isti, eviniz abad, işiniz avand, canınız sağ olsun! Tanrı Azərbaycanı qorusun!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər