Kiprdə Novruz bayramı qeyd olunacaq - FOTOKiprdə Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə böyük Novruz bayramı tədbiri təşkil olunacaq.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası millət vəkillərinin fəxri qonağı olduğu Türk dünyasının ortaq dəyəri olan Novruz bayramı ilə bağlı Spektrium Beynəlxalq Konqres Mərkəzində keçiriləcək.

Tədbir 21 mart 2022-ci il tarixində baş tutacaq.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə tədbirdə Türkiyə Böyük Millət Məclisindən Azərbaycan, Kipr, Özbəkistan, Türkmənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Orhan Erdem, Osman Mesten, İbrahim Aydemir, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış iştirak edəcəklər. Eyni zamanda azərbaycanlı deputatlar Vüqar İskəndərov və Naqif Həmzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid Kazımov bayram tədbirinə qatılacaqlar.

Diaspor təşkilatının sədri Həsənoğlu həmçinin bildirib ki, rəsmi açılışa Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar başda olmaqla, bir sıra dövlət rəsmləri iştirak edəcəklər.

Eyni zamanda türk xalqlarının Novruz adət-ənənələri sərgilənəcək. Tədbirdə çıxışlardan sonra azərbaycanlı gənc müğənni Nigar Rəhimovanın ifaları ilə konsert proqramı baş tutacaq.
"Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrası davam edir “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını davam etdirir. 17 mart 2022-ci il tarixində Bərdə rayonu, Şahvəllər kənd məktəbində layihə çərçivəsində tədbir keçirildi.

Tədbiri məktəbin drektoru ,veteran Həsrət müəllim açdı və qonaqları təqdim elədi. Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın himni səsləndi .

Layihənin rəhbəri E. Dadaşov layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi.Bildirdi ki, “2020-ci il sentyabrın 27 ikinci Qarabağ müharibəsi başladı. Əbədi haqqımızın müdafiəsi olan 44 günlük Vətən müharibəsi sonda Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu şanlı tarixi bizə yaşadan igid oğullarımız ,qəhrəman şəhidlərimizə, Ali Baş Komandanımıza ömrümüz boyu minnətdar və borcluyuq.

44 günlük Vətən müharibəsində 3000 dən artıq oğullarımız şəhid oldu. Bu 3000 ailə deməkdir. Bu ailələrə mənəvi dəstək olmaq hər birimizin borcudur. Bu günki tədbirdə iştirak edən şəhid ailələrinə qazilərə və müharibə iştirakçılarına təşəkkür edirəm”.

Sonra Həsrət müəllim qəhrəman şəhidlərimizin həyat yolundan söhbət açdı. 44 günlük müharibədə qalib gəlməyimizin səbəbkarlarının birliyindən,dəmir yumruqdan fəxr hissi ilə danışdı. Bildirdi ki,bu tədbirləri həyata keçirməklə gənclərdə Dövlət, Millət və Vətən sevgisini artırmaq, gələcək nəslə şəhidlərimizin tanıdılmasına nail oluruq. Bununla biz şəhidlərin xatirəsinə, ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq. Şəhid ailəsi həm də qazi Əlvan çıxış elədi. Döyüş yoldşlarından danışdı.

Məktəbin müəllimləri Qarabağ müharibəsi şəhidlərinin xatirələrini paylaşdılar və məktəbin məzunu olan şəhid qardaşı həm də qazi Əlvanın timsalında bütün qazilərimizə can sağlığı arzuladılar. Sonda məktəbin drektoru Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə təşəkkür etdi.
Novruz Qarabağda böyük sevinc hissi ilə qeyd olunurTuran Kərimli
ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.

Milli–mənəvi dəyərləri ilə yer üzündə tanınan Azərbaycan xalqı əsrlər boyu yaşatdığı və gələcək nəslə ötürdüyü bəşəri ideyaları, gözəl adətləri, ənənələri, milli xüsusiyyətləri ilə seçilib. Aparılan elmi tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu öz maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Nəticədə, həmin zəngin irsdə xalqın soykökünə bağlı olan adət–ənənələr XXI əsrə gəlib çatmışdır. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə, mənəviyyatın təntənəsinə xidmət edən bu dəyərlərdən dönməyib, onları daim uca tutmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alındı.

İctimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirərərk bildirmişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Azərbaycan xalqı Ölkə rəhbərinin davam etdirdiyi uğurlu siyasətinə həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərəkbir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Bu birliyin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir. İşğaldan azad olunmuş bütün torpaqlarımız tezliklə bu yerlərə ayaq basacaq, yurd-yuvasını yenidən quracaq sakinlərinin tər-nəfəsini də duyacaq. Çünki Novruz həm də torpaqla, zəhmətlə yoğurulan yeni günün bayramıdır.Xalqımız Qarabağımızın bərəkət, sevinc, toy-bayram dolu çərşənbələrini yenidən qaytaracaq, öz bayram adətlərimizə sahib çıxacaqdır.
Daha 3 ölkə rus diplomatları qovurLitva, Latviya və Estoniya ölkələrindəki Rusiya səfirliklərinin əməkdalarını çıxarmaq qərarına gəliblər.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Latviya Xarici İşlər Nazirliyi rus diplomatları diplomatik statusa zidd fəaliyyət göstərməkdə, Estoniya isə onları ölkənin təhlükəsizliyinə xələl gətirməkdə və propaqandada ittiham edir.

Bildirlib ki, rus diplomatların qovulması 3 ölkə arasında razılaşdırılıb.

Qeyd edək ki, bu gün Bolqarıstan da Rusiyanın ölkədəki səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Mahir Quliyevin əmlakları müsadirə edildiBiləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin əmlakları müsadirə edilib.

Bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən Bakı şəhərində yerləşən iki mənzili və avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarılıb.

Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

Qeyd edək ki, məhkəmənin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edibPrezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm.

Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.

İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun ".
Dini ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün də mühüm önəm kəsb edibUlu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldıldması, dini vəziyyət yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ölkəmizdə mühüm işlərin həyata keçirildi, milli-mənəvi, dini dəyərlərin qorunmasına xüsusi önəm verild.

Dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü bir zamanda Azərbaycanın Prezidenti cənab İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması, dindarların öz dini etiqadlarını azad şəkildə gerçəkləşdirməsi, dini qurumların fəaliyyətində problemlərin olmamasını, qədim məscid və digər ibadət evlərinin əsaslı bərpa edilərək, yenilərinin inşasını, din xadimlərinə diqqət və qayğının göstərilməsinib Azərbaycanın artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyinin göstəricisi kimi səciyyələndirib.

Ölkəmizdə dini durum sabitdir, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrasının, eyni zamanda, vətəndaşların dini etiqad, vicdan azadlığının maneəsiz təmini, cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə diqqət və qayğı ilə yanaşılması, dövlət-din münasibətlərinin tarixi milli ənənəyə və müasir hüquqi prinsiplərə uyğun olaraq tənzimlənməsi, dini-mənəvi, əxlaqi-etik dəyərlərin təbliğ və təşviq edilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində, həmçinin dini radikalizm və ekstremizmə qarşı zəruri olan bütün tədbirlər həyata keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirir, aidiyyəti qurumlarla birlikdə maarifləndirici tədbirlər həyata keçirilir.

Dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin islam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə aparılan kompleks işlər davam etdirilir, eyni zamanda ölkəmizdə radikal yönümlü təriqətlər, sektalar, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ictimai-siyasi sabitliyin pozulması kimi halların baş verməməsi istiqamətində mütəmadi olaraq aidiyyəti qurumlarla əlaqəli şəkildə ciddi tədbirlər görülür.

Öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya üçün təhlükəlidir. Bütün dinlər insanları daim sülhə, ədalətə, haqqa çağırır, dini radikalizm və ekstremizmə qarşı mübarizən bəşəri xarakter daşıyır.

Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikal qrupların meydana gəlməsi təkcə İslam dinində deyil, digər dinlərdə də özünü büruzə verir. Dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün də mühüm önəm kəsb edib. Mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən biridir. Bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə davam etdirilməsidir. DTX digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur. Din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır. Xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər təşkil edilib. Bu istiqamətdə atılan addımların fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunmasında əhəmiyyətli rola malikdir. Eyni zamanda, ölkədə dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazası, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin olunması müsbət hal kimi qiymətləndirilməlidir.

Din insan mənəviyyatının əsasında durmaqla yanaşı, sosial münasibətlərin tənzimlənməsində də xüsusi rola malikdir. Dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdir. Bu, vətəndaş həmrəyliyini pozmağa, xalqın ənənələrinə, milli düşüncə sisteminə zərbə vurmağa hədəflənib. Dini radikalizm və ekstremizm vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə yaradır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, dinimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Milli-mənəvi dəyərlərimizin və islam həmrəyliyinin təbliğ edilməsi radikalizm və ekstremizmə qarşı mübarizədə əhəmiyyətlı rol oynayır. Xalqımız hər zaman öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sıx bağlı olub və gənc nəsil tərəfindən bu dəyərlərin qorunub saxlanmasın vacibdir.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb
Azərbaycana casusluqda suçlanan erməni partiya sədri həbsdən çıxdıErmənistanda “Milli Təhlükəsizlik” partiyasının rəhbəri Qarnik İsaqulyan 10 milyon dram girov müqabilində sərbəst buraxılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.

İsaqulyan 2021-ci ilin dekabrında həbs edilmişdi.

Xatırladaq ki, Ermənistanın Ukraynadakı hazırkı səfiri, baş nazir Nikol Paşinyanın keçmiş mətbuat katibi Vladimir Karapetyan İsaqulyan barəsində “Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları tərəfindən ələ alınıb” ittihamla çıxış etmişdi. Onu elə məhz həmin bəyanatdan sonra həbs etmişdilər.
300 şirkət Moskvadan getdi, işsizlər ordusu yaranırBir neçə min xarici şirkətdən artıq 300-ü Moskvada fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin deyib.

O bildirib ki, şirkətlərin sonrakı taleyi rəhbərlərindən asılıdır, Rusiyanın isə öhdəliyi həmin şirkətlərdə çalışan vətəndaşların işlə təmin olunmasıdır.

“Biz bilirik ki, yeni çağırış və problemlərlə üz-üzəyik. Xüsusilə xarici şirkətlərlə bağlı. Moskvada onlar çoxdur – bir neçə min! Hazırda 300-ə yaxın şirkət artıq fəaliyyətini dayandırıb. Bizim vəzifəmiz o şirkətlərdə çalışan insanları işlə təmin etməkdir”, - Sobyanin deyib.
Enerji obyektlərinin açılması prosesi ölkənin gücünün, onun imkanlarının və potensialının bir göstəricisidirMehdiyev Ümid Səməndər oğlu,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektorunun müşaviri


Azərbaycanda energetika sahəsinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1981-ci ildə, hələ respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə, oktyabr ayının 20-də Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci bloku istismara verildi.

1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli lider elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal-hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Azərbaycanda xüsusilə son 18 il ərzində enerji istehsalı, enerji obyektlərinin işə salınması sahəsində əldə edilmiş nailiyyətlər, məhz indiki iqtisadi uğurlarımızın kökündə dayanan fundamental səbəblərdən biridir.Eyni zamanda Ölkə başçısının vurğuladığı kimi ölkəmiz həm də bərpa olunan enerjinin istehsal edilməsinə xüsusi prioritet sahə kimi yanaşır və bugün ölkəmizdə bərpa olunan enerji ölkənin ümumi enerji balansında 17 faiz yer tutur, 2030-cu ilin sonuna qədər onu 30 faizə çatdırmaq əsas strateji hədəflər sırasındadır. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.

Bu baxımdan Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir. Cari ilin 15 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində qeyd etmişdir: “Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük”.

Qeyd edək ki,230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir. Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.

Artıq azad edilmiş torpaqlarda da genişmiqyaslı işlərə başlanılmış, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərilmişdir. Keçən il bu ərazilərdə 4 su elektrik stansiyasını bərpa edilmişdir. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə daha 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Qarabağın yaşıl zonaya çevrilməsi dövlətimizin prioritet istiqamətidir və Ölkə rəhbəri də bunu dəfələrlə qeyd edib ki, Qarabağda 7200 meqavatlıq günəş enerjisi potensialı və 2000 meqavatlıq isə külək enerjisi potensialı var. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.

Bu da onu göstərir ki, cənnətə çevriləcək Qarabağ eyni zamanda yaşıl bir zona kimi də tanınacaqdır. Bu da Azərbaycanın gücünün və potensialının təsdiqidir. Bu həm də onun təsdiqidir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə məhz bərpa olunan enerji potensialına böyük əhəmiyyət verir. Bu da olduqca vacib məsələlərdən biridir.Ölkə Prezidentinin qeyd etdiyi kimi, belə enerji obyektlərinin açılması prosesi bundan sonra da davam etdiriləcək və bu bir daha ölkənin gücünün, onun imkanlarının və potensialının bir göstəricisidir.