Ukrayna ordusu itirdiyi şəhərə hücuma keçdi
Dərc olunub:
18-03-2022, 12:04
Ukrayna itirdiyi Volnovaxa şəhərinə yenidən hücuma keçib.
Bu barədə Donetsk separatçıları məlumat yayıb.
İddia ediblər ki, hücum nəticəsində 3 mülki şəxs yaralanıb.
Qeyd edək ki, Volnovaxa şəhəri bir neçə dəfə əldən-ələ keçdiyi üçün infrastrukturu tamamilə dağılıb və burada mülki əhali qalmayıb.