Sizin Reklam Burada

Novruz Qarabağda böyük sevinc hissi ilə qeyd olunur

Novruz Qarabağda böyük sevinc hissi ilə qeyd olunurTuran Kərimli
ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.

Milli–mənəvi dəyərləri ilə yer üzündə tanınan Azərbaycan xalqı əsrlər boyu yaşatdığı və gələcək nəslə ötürdüyü bəşəri ideyaları, gözəl adətləri, ənənələri, milli xüsusiyyətləri ilə seçilib. Aparılan elmi tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu öz maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Nəticədə, həmin zəngin irsdə xalqın soykökünə bağlı olan adət–ənənələr XXI əsrə gəlib çatmışdır. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə, mənəviyyatın təntənəsinə xidmət edən bu dəyərlərdən dönməyib, onları daim uca tutmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alındı.

İctimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirərərk bildirmişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Azərbaycan xalqı Ölkə rəhbərinin davam etdirdiyi uğurlu siyasətinə həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərəkbir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Bu birliyin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir. İşğaldan azad olunmuş bütün torpaqlarımız tezliklə bu yerlərə ayaq basacaq, yurd-yuvasını yenidən quracaq sakinlərinin tər-nəfəsini də duyacaq. Çünki Novruz həm də torpaqla, zəhmətlə yoğurulan yeni günün bayramıdır.Xalqımız Qarabağımızın bərəkət, sevinc, toy-bayram dolu çərşənbələrini yenidən qaytaracaq, öz bayram adətlərimizə sahib çıxacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər