Ukrayna ordusu Su-34-ü “Stinger”lə məhv etdi
Dərc olunub:
18-03-2022, 14:26
Kiyev vilayətinin Buça rayonu ərazisində Rusiyaya məxsus Su-34 qırıcı-bombardmançısı vurulub.
Bu barədə Kiyev vilayət administrasiyasının rəhbəri Aleksandr Pavlyuk deyib.
“Kiyev vilayətinin səmasını öz gücümüzlə bağlayırıq. Saat 08:15 radələrində Buça rayonunda Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Su-34 qırıcı-bombardmançısını vurublar. Təyyarə “Stinger”lə məhv edilib”, - Pavlyuk bildirib.