Putin dayanmağa hazır deyil - Blinken
Dərc olunub:
18-03-2022, 10:16
ABŞ Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymağa hazır olduğuna dair heç bir əlamət görmür.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Diplomatiya hər iki tərəfdən gərginliyin dayandırılmasında vicdanla iştirak etməyi tələb edir və mən indi Putinin dayanmağa hazır olduğuna dair heç bir əlamət görmürəm”, - Blinken bildirib.