Sizin Reklam Burada

Misir birbaşa uçuşların bərpasına qərar verdi

Misir birbaşa uçuşların bərpasına qərar verdiMisir Ərəb Respublikasının Bakıdakı Səfirliyi 18 mart 2022-ci il tarixindən etibarən Azərbaycanın Paşa Turizm Şirkəti və Misirin Air Cairo Hava Yolları vasitəsilə Bakı ilə Şarm Əl-Şeyx arasında həftədə bir dəfə hər həftənin cümə günü olmaqla birbaşa uçuşların bərpasına qərar verildiyini bildirir.

Səfirlikdən verilən məlumata görə, Şarm Əl-Şeyx təkcə Misirin deyil, həm də dünyanın ən məşhur turizm şəhərlərindən biridir, çünki dünyanın dörd ən yaxşı və ən gözəl şəhərlərindən biri kimi təsnif edilib. Həmçinin Şarm Əl-Şeyx dünyanın 400 şəhər arasında namizədliyi YUNESKO Mükafatını qazanmaq üçün irəli sürülən beş ən yaxşı şəhərin siyahısına daxildir.

Şarm Əl-Şeyx Misir turizminin ən məşhur və ən gözəl kurortlarından biri hesab olunur və il boyu möhtəşəm iqlimi və mənzərəli təbiəti ilə seçilir. Şəhərdə, ziyarətçilərin tətil və istirahətlərini keçirməsi üçün lazım olan bütün imkanlar mövcuddur, bundan bağqa dənizdə üzmək, dalğıc və müxtəlif su idman növləri üçün dünyanın ən yaxşı yerlərindən biridir.

Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa aviareysin bərpası Azərbaycandan Misirin turizm şəhərlərinə turist axınının artırılması üçün mühüm addımdır. Bundan başqa son bir neçə ay ərzində iki ölkənin rəsmiləri arasında silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində Misir- Azərbaycan əlaqələrinin inkişafı əsl yüksəlişin şahidi olmuşdur. Bu səfərlərdən sonuncusu Misir-Azərbaycan Hökumətlərarası İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasında və iclas çərçivəsində keçirilən Misir – Azərbaycan Biznes Forumunda iştirak edən Misir nümayəndə heyətinin rəhbəri Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Naziri Doktor Rania Əl-Maşatin Bakıya səfəri olmuşdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər