Sizin Reklam Burada

Gənc anaların maarifləndirməsi QHT-nin diqqət mərkəzində

Gənc anaların maarifləndirməsi QHT-nin diqqət mərkəzində"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana südünün əhəmiyyətinin təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir - "Ana südünün uşağa psixoloji təsir faydaları" mövzusunda təlim keçirib.

Birliyin sədri Könül Quliyevanın verdiyi məlumata görə, bu ilin 6 mart tarixində “Şüa” İdman-Sağlamlıq Kompleksində baş tutmuş təlimdə 18 nəfər - gənc analar və subay xanımlar iştirak ediblər.

Körpələrin sağlamlığı ilə bağlı aktual mövzuya həsr olunmuş təlimdə təcrübəli psixoloq Validə Abbasova dinləyicilərə əmizdirmənin tək körpə üçün deyil, ana üçün də müxtəlif xəstəliklərin riskinin azaldılmasında faydalı olduğunu bildirib. Ana südünü körpə üçün ən əhəmiyyətli qida məhsulu kimi dəyərləndirən mütəxəssis onun körpənin immun sisteminin möhkəmlənməsində əvəzsiz rol oynadığını qeyd edib.

Bildirilib ki, körpənin ana südünə böyük ehtiyacı olduğu dövrdə ananın da orqanizmində bir sıra dəyişikliklər yaşanır – süd vəzilərində şişkinlik və ağrılar, bədən çəkisinin artması, psixoloji gərginlik, yorğunluq, hətta depressiya halları müşahidə olunur. Bu dövrü ağrısız sovuşdurmağın ən rahat yolu isə yenə də əmizdirməkdən keçir. V.Abbasova ananın qısa zaman kəsiyində körpəni əmizdirməyə yalnız fizioloji deyil, həm də psixoloji baxımdan hazır olmasının mühüm əhəmiyyət kəsb etdiyini, əmizdirmənin körpəyə anasının hər zaman onun yanında olduğunu hiss etdirməkdə mühüm vasitə olduğunu, ananın həm özünə, həm də körpəsinə daha çox vaxt ayırmasına imkan yaratdığını xüsusilə vurğulayıb. Mövzu ətrafında geniş söhbət aparan psixoloq gənc anaları düşündürən bir çox məsələlərə aydınlıq gətirib, onların çoxsaylı suallarını cavablandırıb.

Tədbirə qoşulan təlimçi Ruhiyyə Məmmədova dinləyicilərə əmizdirmənin gənc ananın psixoloji durumuna, onun rahatlıq tapmasına müsbət təsirindən geniş məlumat verib, yeni doğulan körpənin ilk 6 ay ərzində yalnız ana südü ilə qidanmasının onun həm fiziki, həm də psixoloji baxımdan sağlam inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, əmizdirmənin doğuşdan dərhal sonra başlamasının və mütəmadiliyinin təmin edilməsinin süd istehsalını asanlaşdırdığını qeyd edib. Bildirilib ki, ananın körpəsini tez-tez əmizdirməsi onunla körpə arasındakı əlaqəni gücləndirir, qarşılıqlı münasibətləri möhkəmləndirir. Ana südü ilə qidalanan körpə fiziki, mənəvi və psixoloji məmnunluq hissi yaşayır, çünki öz anasının qoxusunu duyur, ürək döyüntüsünü və səsini eşidir, qayğısını və nəvazişini hiss edir, rahatlanır, sakitləşir və qısa bir vaxtda yuxuya gedir. Körpəsini əmizdirən ana öz övladına doğmalıq hissini yaşadır. Təsadüfi deyildir ki, ana südü ilə qidalanan uşaqlar böyüdükcə istiqanlı, mehriban, ünsiyyətçil, qayğıkeş və ailəcanlı olurlar.
İctimai Birliyin sədri Könül Quliyeva təlimçilərə və dinləyicilərə tədbirdə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirib, onları qarşıda gələn Novruz bayramı münasibətilə təbrik edib və sağlam həyat tərzinə sahib olmalarını arzulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər