"Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrası davam edir
“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını davam etdirir. 17 mart 2022-ci il tarixində Bərdə rayonu, Şahvəllər kənd məktəbində layihə çərçivəsində tədbir keçirildi.
Tədbiri məktəbin drektoru ,veteran Həsrət müəllim açdı və qonaqları təqdim elədi. Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın himni səsləndi .
Layihənin rəhbəri E. Dadaşov layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi.Bildirdi ki, “2020-ci il sentyabrın 27 ikinci Qarabağ müharibəsi başladı. Əbədi haqqımızın müdafiəsi olan 44 günlük Vətən müharibəsi sonda Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu şanlı tarixi bizə yaşadan igid oğullarımız ,qəhrəman şəhidlərimizə, Ali Baş Komandanımıza ömrümüz boyu minnətdar və borcluyuq.
44 günlük Vətən müharibəsində 3000 dən artıq oğullarımız şəhid oldu. Bu 3000 ailə deməkdir. Bu ailələrə mənəvi dəstək olmaq hər birimizin borcudur. Bu günki tədbirdə iştirak edən şəhid ailələrinə qazilərə və müharibə iştirakçılarına təşəkkür edirəm”.
Sonra Həsrət müəllim qəhrəman şəhidlərimizin həyat yolundan söhbət açdı. 44 günlük müharibədə qalib gəlməyimizin səbəbkarlarının birliyindən,dəmir yumruqdan fəxr hissi ilə danışdı. Bildirdi ki,bu tədbirləri həyata keçirməklə gənclərdə Dövlət, Millət və Vətən sevgisini artırmaq, gələcək nəslə şəhidlərimizin tanıdılmasına nail oluruq. Bununla biz şəhidlərin xatirəsinə, ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq. Şəhid ailəsi həm də qazi Əlvan çıxış elədi. Döyüş yoldşlarından danışdı.
Məktəbin müəllimləri Qarabağ müharibəsi şəhidlərinin xatirələrini paylaşdılar və məktəbin məzunu olan şəhid qardaşı həm də qazi Əlvanın timsalında bütün qazilərimizə can sağlığı arzuladılar. Sonda məktəbin drektoru Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə təşəkkür etdi.